Icma.az
close
up
RU
Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir?

Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir?

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

ABŞ keçirilən prezident seçkiləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda diqqətlə izlənilir. Səsvermənin nəticələri regionun sonrakı taleyi və mövcud proseslərin gedişatına təsiri istiqamətində mühüm dəyərləndirilir. Bəzi ekspertlər ABŞ siyasətinin dəyişməz olacağını desə də, Donald Tramp və ya Kamala Harrisin seçilməsi fonunda fərqli ssenarilər üzərindən versiyalar da səsləndirilirdi.

ABŞ-da bundan sonra nə kimi dəyişikliklər gözlənilir? Vaşinqton xarici siyasətinə korrektələr edəcəkmi? Azərbaycanla, ümumilikdə Cənubi Qafqazla bağlı nə kimi yeni yanaşma ortaya qoyulacaq?

Avtosfer.az-ın məlumatına görə, bu barədə Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da keçirilən prezident seçkiləri həm bu ölkənin xarici siyasəti, həm də beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olacaq:

“İkinci Dünya müharibəsindən təxminən 70 il sonra ilk dəfədir dünyada bu şəkildə aktiv müharibə ocaqları olduğu müddətdə ABŞ-da prezident seçkiləri keçirilir. Eyni zamanda soyuq müharibədən sonra da ilk dəfədir ki, ABŞ Şərq bloku ilə bu şəkildə üz-üzədir. Əgər Kamala Harris seçilsə idi, Yaxın Şərqdə İsrailin qarşını almaq üçün addımlar atacaqdı. O, hazırkı rəsmi prezident Co Baydendən daha çox İsrail əleyhdarıdır. Harris həm ərəb müqavimətində, həm də İran məsələsində İsrailə lazımi dəstəyi verməyəcəkdi. Tramp isə əksinə, yenə İsraili tam dəstəkləmə siyasətini aparacaq. Məhz onun dövründə ABŞ Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdı. Halbuki bu şəhər BMT tərəfindən mübahisəli ərazi elan edilmişdi”.

Politoloqun sözlərinə görə, Harris qalib gələcəyi təqdirdə Rusiya ilə müharibədə Ukraynaya dəstəyi davam etdirəcəkdi:

“Lakin artıq Tramp seçilib, vəziyyət fərqli olacaq. Ukraynaya verilən dəstəyi azaldacaq və onu Rusiya ilə masaya oturmağa məcbur edəcək. Trampın qalibiyyəti fonunda İranı və Çini ağır sanksiyalar gözləyir. Vaşinqton Pekinin yüksələn gücünün qarşısını almaq üçün əlindən gələni edəcək. Həmçinin Yaponiyaya da hərbi mənada böyük dəstəyin verilməsi məsələsi aktualdır. Avropa İttifaqı (Aİ) Harrisin seçilməsini arzu edirdi, çünki Tramp qoca qitənin ABŞ hegemonluğu altında fəaliyyət göstərən NATO-nun daxilində güclərini zəiflətməyi hədəfləyir. Onun məqsədi Aİ-nin güc birliyi kimi sıradan çıxarılmasıdır. Trampın dövründə Cənubi Qafqaz siyasəti çərçivəsində Gürcüstanla münasibətlərin normallaşdırması üçün cəhdlər ediləcək. Kamala Harris də bu məsələnin həlli üçün çalışacaqdı. Seçki öncəsi hər iki namizəd ermənilərə xoş gələn açıqlamalar versə də, şübhəsiz ki, bu, sadəcə erməni diasporunun səsini qazanmaq üçün cəhd idi”.

Z.Əmrəliyev bildirib ki, ABŞ-da hakimiyyətə gələcək şəxs Azərbaycanın regionda yaratdığı mövcud reallıqları qəbul etməyə məcburdur:

“Ancaq rəsmi Bakı üçün Trampla işləmək daha məqbuldur. Onun dövründə iki dövlət arasındakı əlaqələr normal idi. Co Baydenin dövründə isə ABŞ Cənubi Qafqazda olduqca yanlış siyasət izlədi. Nəzərə alaq ki, Vaşinqton qondarma “erməni soyqırımı”nı məhz Baydenin dövründə tanıdı. Bütün bunlara görə düşünürəm ki, Trampın dövründə iki dövlət arasında hazırda soyuq olan münasibətlərdə normallaşma müşahidə ediləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri