Tramp Qətərin hədiyyə etdiyi Air Force One la bağlı açıqlama verdi
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi yeni "Air Force One" təyyarəsinin ən yüksək standartlara uyğunlaşdırılması üçün modernləşdiriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Tramp Nyu-Cersidən Vaşinqtona qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən yeni prezident təyyarəsi ilə bağlı açıqlama verib.
Jurnalistin "Bu təyyarədə raketdən müdafiə sistemi yoxdur. Niyə ondan istifadə edirsiniz?" sualına cavab verən Tramp bildirib ki, təyyarə kifayət qədər yaxşı təchiz olunub.
"Başa düşdüyüm qədər, onu təxminən bir ay müddətinə ən yüksək səviyyəyə çatdırmaq üçün modernləşdirməyə göndərəcəklər", – deyə, ABŞ prezidenti qeyd edib.
Tramp modernləşdirmə prosesinin təxminən bir ay davam edəcəyini desə də, təyyarəyə hansı yeni sistemlərin quraşdırılacağı barədə ətraflı məlumat verməyib.
"The New York Times" ABŞ rəsmilərinə istinadən yazıb ki, Qətərin hədiyyə etdiyi yeni prezident təyyarəsində əvvəlki "Air Force One" modelində mövcud olan bəzi müdafiə sistemləri, o cümlədən raketdən müdafiə imkanları yer almır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 21 İyul 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















