Icma.az
close
up
RU
Tramp, qlobal sülh partiyası və Azərbaycan

Tramp, qlobal sülh partiyası və Azərbaycan

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər şey gözlənildiyi kimi baş verir. Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsini istəyir. Hələ ABŞ prezidenti kimi öz səlahiyyətlərinin icrasına başlamasa da, Donald Tramp artıq indidən bu "ağılsız" müharibəni dayandırmağa çalışır.

Tramp Truth Social platformasındakı hesabında belə yazıb: "Əsəd getdi. O, öz ölkəsini tərk edib. Rusiya Vladimir Putinin rəhbərliyi altında onun müdafiəsində maraqlı idi. Rusiyanın orda olması üçün əvvəldən heç bir səbəb yox idi. Eyni şəkildə (Ukrayna prezidenti) Zelenski və Ukrayna saziş bağlamaq və bu ağılsızlığı dayandırmaq istərdilər. Onlar (Ukrayna) artıq 400 min əsgər və çox minlərlə sakin itiriblər. Dərhal barışıq elan etmək və danışıqlara başlamaq lazımdır".

Doğrudur, Zelenski 400 min əsgər itkisi haqda Trampın dediyini təkzib edib; Ukraynanın cəmi 43 min əsgər ititdiyini söyləyib. Ancaq bu, inandırıcı görünmür.

Tramp həmçinin yazır ki, mənasız yerə çoxlu insan həyatı itirilir və bu müharibə davam etsə, "daha böyük və daha pis" bir fəlakətə çevriləcək. O, tərəfləri bsrışıq üçün "hərəkət etməyə", Çini də bu sülhə kömək göstərməyə çağırıb.

Donald Tramp və onun gələcək komandası bütün bəyanatları və davranışları ilə Rusiya və Ukraynanı sülhə sövq etməyə çalışırlar. Bunu Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermakın ABŞ-a səfərdən "əliboş" dönməsi də göstərir.

Yermak Donald Trampın gələcək komandasını inandırmağa çalışıb ki, sülh danışıqlarına başlamazdan əvvəl Ukraynanın 2022-ci ildən sonra işğal olunmuş ərazilərini hərbi yolla geri qaytarmaq lazımdır. Bu, əlbəttə, Ukraynanın əvvəlki mövqeyindən - 1991-ci ildəki sərhədlərə çıxmaq, bütün itirilmiş əraziləri geri qaytarmaq planından geri çəkilməsi deməkdir. Başqa sözlə, Ukraynalılar Krımın da geri alınması məsələsini qoymurlar. Ancaq bu təklif belə Trampın ətrafındakı gələcək məmurları qane etməyib. Onlar nəinki Ukraynanın bu mövqeyindən, eləcə də, Andrey Yermakın cəbhədəki vəziyyətə dair tam olmayan məlumatından və Ukrayna "boz kardinal"nın özündən narazı qalıblar.

Bunu ABŞ mediası da yazır: Yermakın söylədikləri, elə özü də "soyuq qarşılanıb". Hətta indiki dövlət katibi Entoni Blinken və prezident Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan da hərbi yolla "2022-ci ildən əvvəlki vəziyyətə qayıtmaq" ideyasına isti baxmayıblar.

Amerika mediasının yazdığına görə, Yermakın missiyası tam ifıasa uğrayıb; Trampın gələcək komandasında dövlət katibi vəzifəsinə namizəd göstərilmiş Marko Rubio isə, ümumiyyətlə, Yermakı qəbul etməkdən imtina edib. Eyni şəkildə Donald Tramp Parisdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina etmişdi, Fransa prezidenti Emmanuel Makronun xahişlərindən sonra üçtərəfli görüş olub, o da, sadəcə, yarım saat çəkib. Tramp Paris Notr Dam Kilsəsinin bərpadan sonra açılışında iştirak etmək üçün Fransaya gəlmişdi. Bu fürsətdən istifadə edən Gürcüstan prezidenti (daha doğrusu, Gürcüstan müxalifətinin prezidenti) Salome Zurabişvili də Parisə uçub, ayaqüstü söhbət zamanı Trampa öz ölkəsinin hökumətindən - "Gürcü arzusu"ndan şikayətlənib. Ancaq bu şikayətə Donald Trampın reaksiyası haqqında heç bir məlumat yoxdur. Bu da o deməkdir ki, ABŞ-ın seçilmiş prezidenti Zurabişvilinin bu giley-güzarını ciddi qəbul etməyib. Hələ vəzifəsinin icrasına başlamasa da, Trampın ABŞ kəşfiyyatın hesabatlarına girişi var; o, Ukraynadakı vəziyyəti Zelenskidən, Gürcüstanda baş verənləri isə Zurabişvilidən yaxşı bilir. Ona görə də ABŞ-ın yeni prezidenti Zelenski ilə həvəssiz, qısa, Zurabişvili ilə isə ayaqüstü görüşüb. Üstəlik hər iki prezidentin artıq öz səlahiyyət müddətinin bitdiyi də nəzərə alınır. Təhlillər göstərir ki, Tramp Zelenskini Baydenin, Zurabişvilini isə Makronun "qlobal müharibə partiyası"nda yer almış fiüurlar kimi görür, o cür də davranır. Həm Zelenski, həm Zurabişvili Donald Trampın deyil, Co Baydenin, o namizədliyini çəkdikdən sonra Kamala Harrisin ABŞ prezidenti seçiiməsini istəyirdilər. Trampı az qala Putinin müttəfiqi kimi görürdülər. Bu da yeni seçilmiş prezidentin həmin iki şəxsə münasibətini müəyyənləşdirən əsas faktorlardandır.

Beləliklə, ABŞ-ın yeni seçilmiş prezidentin bir çox məsələlərə dair siyasətinin konturları getdikcə daha da aydınlaşır. Onun Ukraynada müharibəni dayandırmaq fikrinin qətiləşdiyi görünür. Eyni zamanda Gürcüstanda inqilaba dəstək verilməsinə qarşıdır. Çünki Tramp, dediyimiz kimi, kəşfiyyat məlumatlarını əldə edir və Baydenin, eləcə də, Avropalı liderlərin Gürcüstanda nədən uğursuz inqilab cəhdlərini dəstəklədiklərini də bilir. Bilir ki, Gürcüstanı Rusiyaya qarşı müharibəyə qoşmaq planları vardı. Tramp isə Ukraynada müharibəni datandırmaq istəyir, belə olan halda Gürcüstanda "müharibə partiyası"nın hakimiyyətə gəlməsində niyə maraqlı olsun?! Ona görə də Zelenski də, Zurabişvili Trampdan almaq istədikləri istədikləri vədləri ala bilmədilər. Belə görünür ki, Baydenin "qlobal müharibə partiyası"na qarşı Tramp "qlobal sülh partiyası" ilə qalib gəlib.

Əlbəttə, sual yarana bilər ki, bütün bunların bizə nə dəxli var?!Əslində var. Həm birbaşa, həm dolayısı ilə. Ukraynada müharibə davam etdikcə, Azərbaycan üçün də manevr imkanları daralır. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri ənənəvi olaraq yüksək səviyyədə olub. Bu, hətta Rusiya-Ukrayna müharibəsi dövründə də davam edib. Ancaq Rusiyanın Ukrayna ərazisinə, Ukraynanın isə Rusiya ərasisinə (Kursk vilayətinə) hərbi müdaxiləsi - davam edən qarşılıqlı zərbələr, Rusiyaya qarşı Qərbin sanksiyaları Azərbaycanın hər iki ölkə ilə əməkdaşlığını çətinləşdirir. Üstəlik Ermənistan Rusiyanı bu sanksiyalardan yayındıraraq, böyük qazanc əldə edir. Bu qazancın bir hissəsini də silahlanmaya, ordu quruculuğuna sərf edir. Beləliklə də Azərbaycanla sülh danışıqlarında mövqeyi konstruktivlikdən bir az da uzaqlaşır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi, Moskvanın başının qarışıq olması, Ermənistana xeyli hərəkət sərbəstliyi, Qərblə rahat geopolitik oyunlar qurmaq fürsəti verir. Rusiya Ukraynada müharibəni davam etdirdikcə, daha da zəif düşür, bu da Qərbin proyekti olan Oaşinyan hökumətini Cənubi Qafqaza dəxli olmayan aktorı bölgəyə gətirməyə daha da cəsarətləndirir. Eyni zamanda Ukraynada müharibənin dayanması, Rusiyanın üzərindən sanksiyaların mərhələli də olsa, götürülməsi Orta dəhliz, eləcə də, Şimal-Cənub dəhlizi layihələrinin daha da sürətlənməsinə imkan yarada bilər. Başqa bir çox səbəblər, faktorlar da saya bilərik.

Gürcüstan məsələsinə gəlincə isə, uzun-uzadı izahata ehtiyac yoxdur. Trampın Gürcüstanda inqilab ssenarilərinə dəstək verməməsi də Azərbaycanın xeyrinədir. Çünki Gürcüstanda indiki müxalifətin - xarici təsir agenturasının hakimiyyətə gəlməsi, ölkənin açıq antiRusiya cəbhəsinə qoşulması Azərbaycanın da marağında deyil. Ermənistanı Azərbaycana qarşı silahlandıran və revanşizmə həvəsləndirən xarici güclərin Gürcüstanı öz nəzarəti altına almasını Azərbaycan niyə istəsin ki?! Hələ mən onu demirəm ki, Azərbaycanın Qərbə yolu Gürcüstandan keçir. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün regional layihələr Gürcüstan üzərindən reallaşdırılır. Bu səbəblərdən də Gürcüstan Azərbaycan üçün önəmli ölkə olduğu kimi, Azərbaycan da Gürcüstan üçün bundan qat-qat daha əhəmiyyətli ölkədir. Gürcüstan iqtisadiyyatında Azərbaycan əsas rol oynayan beş dövlətdən biridir. Üstəlik Azərbaycanın təbii müttəfiqi olan Türkiyə faktoru da var; Türkiyə Gürüstan üçün də vazkeçilməz müttəfiqdir.

Hazırda Gürcüstan mühüm bir dönəmdən keçir; ABŞ-ın Co Bayden administrasiyası,eləcə də, Avropa İttifaqı, Qərbin bir sıra aparıcı gücləri öz təsir agentura şəbəkələri vasitəsilə Gürcüstanda hakimiyyəti dəyişmək, dövləti ələ keçirmək və daha sonra bir alət kimi istifadə etmək məqsədilə zorakı inqilab planlarını işə saldılar. Ancaq bu dağıdıcı məqsədlərinə nail ola bilmədilər. Gürcüstan cəmiyyətinin öz hakimiyyətinin arxasında durması, dost ölkələrin, xüsusilə, Azərbaycanın verdiyi siyasi və mənəvi dəstək, Gürcüstan hökumətinin öz ölkəsinin müstəqilliyinə və suverenliyinə sadiqliyi nəticəsində növbəti dağıdıcı "rəngli inqilab"ın qarşısı alındı. Bütün bu faktorlar deməyə əsas verir ki, Gürcüstan müstəqil, stabil inkişaf yoluna davam edəcək.

P.S. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev elə əvvəldən ABŞ-dakı seçkilərin nəticələrini düzgün proqnozlaşdırmışdı. Bu il iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda Rusiyalı jurnalist Mixail Qusmanın ABŞ-dakı seçkilərlə bağlı: "Siz Azərbaycan Prezidenti olaraq, - bildiyiniz kimi, Amerika konstitusiyasına əsasən seçkilər keçirilir, - kimin adının yanvarın 20-si səsləndirilməsini istərdiniz?" sualına prezident İlham Əliyev belə cavab vermişdi: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın... səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Bununla yanaşı o, bildirmişdi ki, Azərbaycanla ABŞ arasında münasibətlər sabit olub. Başqa sözlə, ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq Bakının Vaşinqtonla münasibətləri qarşılıqlı maraqlar və bərabərhüquqlu tərəfdaşlıq əsasında davam edəcək.

Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see233

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see212

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see203

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see199

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see194

Zlatan İbrahimoviç Kriştiano Ronaldonu tənqid etdi

18 İyun 2026 06:00see190

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see190

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see182

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see173

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see164

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see164

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see164

Rusiyada Hitlerin adına pizza sifariş edən tələbə həbs edilib

18 İyun 2026 05:08see162

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see156

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see153

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see153

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see149

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see148

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see148

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri