Icma.az
close
up
RU
“Tramp reallığı açıq deyir”

“Tramp reallığı açıq deyir”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Donald Trampın özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim etməsi məsələsinə emosional yox, siyasi realizm prizmasından yanaşmaq lazımdır”.

Bunu politoloq Sahil İsgəndərov XalqCəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tramp bu tip bəyanatlardan çəkinən siyasətçi deyil, əksinə, bir çox hallarda bu cür iddialı fikirləri səsləndirməyi özünün siyasi missiyası hesab edir: “Donald Tramp populist və eyni zamanda son dərəcə açıq ritorikaya malik siyasətçidir. O, bir çox liderlərin qapalı kabinetlərdə düşündüyünü açıq şəkildə ifadə edir. Bu baxımdan həm özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim etməsi, həm də ABŞ dövlət katibinin Kubanın siyasi lideri kimi qələmə verilməsi təəccüblü deyil.
Burada söhbət de-yure hüquqi statusdan yox, de-fakto reallıqdan gedir.
Biz bilirik ki, hazırda Venesuelanın dövlət idarəçiliyinə, xüsusilə neft ehtiyatlarına və neft gəlirlərinə faktiki nəzarət ABŞ-ın əlindədir. Neft sektorunda hansı şirkətin fəaliyyət göstərəcəyi belə Tramp administrasiyasının icazəsi ilə müəyyən olunur. Bu mənada de-fakto Tramp Venesuelada prezident rolunu öz üzərinə götürüb və bunu ondan heç kim xahiş etməyib – o, bu öhdəliyi özü götürüb.
Dünyada de-yure prezidenti olan, lakin de-fakto başqa dövlətin nəzarəti altında fəaliyyət göstərən ölkələrin sayı kifayət qədərdir.Belə ölkələrdə formal olaraq yerli prezident mövcud olsa da, real siyasi iradə Vaşinqtondan gəlir. Bu baxımdan Venesuela nümunəsində baş verənlər istisna deyil. Dünyada buna bənzər çoxlu sayda presedentlər var”.

Politoloq Avropa İttifaqının mövqeyinə də toxunaraq bildirib ki, Aİ artıq beynəlxalq münasibətlərin subyekti olmaqdan çox, obyektinə çevrilib:

“Avropa İttifaqı uzun müddətdir ki ABŞ-ın dediyi ilə oturub-durur. Ukrayna müharibəsinin dayandırılması məsələsində belə Avropa liderləri danışıqlarda Trampı qıcıqlandırmamağa çalışdıqlarını açıq etiraf edirlər. Bu isə real güc balansının göstəricisidir.
Trampın əsas strateji məqsədi mövcud beynəlxalq münasibətlər sisteminin dağıdılması və yeni dünya nizamının formalaşdırılmasıdır.ABŞ, xüsusilə respublikaçılar administrasiyası anlayır ki, son 30 ildə mövcud olan dünya nizamı artıq özünü doğrultmur və müasir çağırışlara cavab vermir. BMT də daxil olmaqla bir sıra beynəlxalq institutlar faktiki olaraq funksiyasını itirib və bu prosesdə ABŞ-ın özünün də rolu var”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri