Icma.az
close
up
RU
Tramp Rusiya və Ukrayna ilə bağlı ziddiyyətli mesaj verdi

Tramp Rusiya və Ukrayna ilə bağlı ziddiyyətli mesaj verdi

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığı və ardından bəzi Avropa liderləri ilə apardığı müzakirələr mətbuatda rezonans doğurub.

Yenisabah.az xəbər verir ki, Tramp Putinlə iki saatlıq görüşdən sonra sosial media hesabında görüşün çox yaxşı keçdiyini və Rusiya ilə Ukraynanın tezliklə atəşkəs və sülh danışıqlarına başlayacağına inandığını bildirib.

Lakin Wall Street Journal qəzeti, bu danışıqlarla bağlı əldə etdiyi üç mənbəyə əsaslanaraq Trampın Avropa liderlərinə fərqli bir mesaj verdiyini yazıb. Bildirilib ki, Tramp mayın 18-də Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İtaliya baş naziri Giorgia Meloni və Böyük Britaniya baş naziri Keir Starmerlə, mayın 19-da isə Ukrayna prezidenti Vladimir Zelenski və Avropa Komissiyası sədri Ursula fon der Leyenlə telefonla danışıb.

Görüşlər zamanı Trampın Avropa liderlərinə “Putin müharibəni bitirməyə hazır deyil, çünki qalib gələcəyini düşünür” dediyi iddia olunub. Bu bəyanat Rusiyanın daha əvvəl verdiyi “sülhə hazırıq” mesajları ilə ziddiyyət təşkil edir. Mənbələrin məlumatına görə, Tramp Rusiya atəşkəslə razılaşmasa, Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edilə biləcəyini də bildirib.

Tramp əlavə edib ki, müharibə bitdikdən sonra Rusiya ilə geniş miqyaslı ticarət əlaqələri qurmaq niyyətindədir və Putin də bu ideyaya müsbət yanaşıb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri