Icma.az
close
up
RU
Tramp Rusiyanın “edəcəyi güzəştlər”lə bağlı suala dəqiq cavab verməyib

Tramp Rusiyanın “edəcəyi güzəştlər”lə bağlı suala dəqiq cavab verməyib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Ukraynanın danışıqlarda daha çox güzəştə getməli ola biləcəyinə eyham vurub, lakin Rusiyanın “mümkün güzəştləri” ilə bağlı suala: “Bəlkə çox, bəlkə də heç”, - deyərək aydın cavab verməkdən yayınıb.

Bizimyol.info xəbər verir ki, Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında danışan ABŞ prezidenti Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Rusiyanın keçiriləcək danışıqlarda “mümkün güzəştləri” ilə bağlı suala Tramp cavab verib ki, danışıqların nəticələri hələlik bəlli deyil. Tramp iddia edib ki, Rusiya “2022-ci ildə müharibəyə başladığına görə peşmandır” və o vaxt prezident olsaydı belə bir müharibə heç vaxt başlamazdı.

Danışıqlarda Rusiyanın “bəlkə də çox güzəştə gedəcəyini, bəlkə də heç verməyəcəyini” ifadə edən Tramp, Ukraynanın mümkün NATO üzvlüyü ilə bağlı bunları qeyd edib: “Ancaq söhbət NATO-ya gələndə deyə bilərəm ki, mən illərdir Rusiya prezidenti Vladimir Putindən bunu heç vaxt qəbul etməyəcəklərini eşitmişəm və düşünürəm ki, Ukrayna da bunu bilirdi, çünki Ukrayna heç vaxt NATO-da olmayıb və yaxın vaxtlara qədər olmaq istəmirdi”.

Hər iki tərəfin müharibəni bitirmək üçün bəzi addımlar atmalı olacağını bildirən Tramp, Ukraynanın daha çox “güzəştlər” etməli olacağına işarə edib.

“İlk gündən, hətta prezident Vladimir Putindən əvvəl də deyirdilər ki, Ukrayna NATO-ya üzv olmayacaq. Bunu çox sərt dedilər. Əslində, düşünürəm ki, bu, müharibənin başlamasına səbəb oldu. Bunu ABŞ-ın keçmiş prezidenti Co Bayden də, Ukrayna prezidenti Vladimir Zelenski də deyib və düşünürəm ki, bu, müharibənin başlamasının səbəblərindən biri olub. Bu prizmadan baxıram. Düşünürəm ki, hamı bunu bilirdi”, - deyə Tramp qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri