Icma.az
close
up
RU
Tramp Rusiyanın ultimativ tələblərini qəbul edəcək? “Putin nüfuz dairələrinin bölüşdürülməsini təklif edir”

Tramp Rusiyanın ultimativ tələblərini qəbul edəcək? “Putin nüfuz dairələrinin bölüşdürülməsini təklif edir”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir, amma...”

“Putinlə telefon söhbətinin məzmunu barədə Trampın paylaşımından sonra müharibənin elə bu günlərdə dayandırılacağı, eyni zamanda Ukraynanın taleyinin Ukraynanın iştirakı olmadan müzakirə və həll ediləcəyi haqda təsəvvür və rəylər yarandı. Belə deyil”.

“AzPolitika” bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli dünən ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna liderləri ilə apardığı müzakirələri, habelə Birləşmiş ştatların müharibəni dayandırmaq səylərini şərh edərkən bildirib.

Ekspert hesab edir ki, sadəcə olaraq, Tramp narsist mahiyyətinə uyğun olaraq, hər hansı problemin həllində öz rolunu şişirtməyə və sövdələşmələr əldə etmə sahəsindəki məharətini hər kəsə nümayiş etdirməyə ehtiyac duyan adamdır.

“Təsadüfi deyil ki, telefon danışıqlarından dərhal sonra Ağ Evdən açıqlama verildi ki, Tramp Putini və Rusiyanı rəqib kimi görür”, - o, əlavə edib.

Təhlilçi qeyd edir ki, Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını, atəşkəsə nail olunmasını istəyir və bu mövqeyini Putinə bir daha çatdırıb: “Peskovun dediyinə görə, Putin belə cavab verib ki, “konfliktin ilkin səbəblərini aradan qaldırmaq vacibdir”. Yəni telefon danışığında müharibənin dərhal dayandırılmasına dair razılıq əldə olunmayıb.Bu barədə daha əvvəl yazmışdım: Putin hesab edir ki, danışıqlar təkcə Ukrayna ilə məhdudlaşmamalıdır, ümumən “problemi doğuran ilkin səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır. Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. Moskva bu haqda rəsmi mövqeyini yazılı şəkildə 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etmişdi. Trampın bu gün elan etdiyi nümayəndə heyəti ilə Rusiya nümayəndə heyətinin görüşündə bütün bu məsələlər müzakirə olunacaq”.

Bəs, Tramp niyə bu cür müzakirəyə razılıq verib?


Ş.Cəfərlinin sözlərinə görə, Baydenin də Rusiya ilə bu mövzuda müzakirələrdən imtina etmədiyini xatırlamaq lazımdır: “2022-ci ilin yanvarında Cenevrədə iki ölkə nümayəndə heyətlərinin görüşü keçirilmiş və ABŞ tərəfi Rusiyanın ultimativ tələblərini qəbul etmədiyi üçün nəticəsiz bitmişdi. Ondan əvvəl isə CİA direktoru Berns və dövlət katibinin müavini Nuland Rusiyaya səfərlər etmişdilər. Planlaşdırılan Tramp-Putin görüşündən əvvəl nümayəndə heyətləri arasında danışıqların aparılması Trampın o qədər də sevmədiyi diplomatik praktikaya və dövlət ənənələrinə uyğun davrandığını göstərir. Bu tip danışıqlar diplomatlar tərəfindən hazırlanır, müzakirələrin stenoqramı tutulur və dövlət arxivinə verilir. Yəni bağlı qapılar arxasında çox məxfi şəkildə alverlər aparılıb, hansısa paktlar bağlanmır. ABŞ tərəfdən görüşdə dövlət katibi Rubio, milli təhlükəsizlik müşaviri Uoltz, CİA direktoru Retkliff kimi geosiyasəti, beynəlxalq münasibətləri, o cümlədən Ukrayna müharibəsinin səbəblərini bilən insanlar iştirak edəcək. Putinin imperialist təxəyyülünün məhsulu olan absurd tələblərin ABŞ tərəfindən qəbul ediləcəyinə mənim böyük şübhəm var. Rusiya-ABŞ görüşündən əvvəl, cümə günü ABŞ dövlət katibi Rubio və vitse-prezident Vens Münhendə Zelenski ilə görüşəcəklər. Bu, Ukraynanın taleyinin onun iştirakı və xəbəri olmadan həll edildiyini söyləməyə əsas vermir. Onu da qeyd etmək lazımdır ki, Ukraynanın faydalı qazıntı yataqlarının istismarı ilə bağlı iki ölkə arasında imzalanacaq sazişdən sonra ABŞ-ın Ukraynaya yardımları davam etdirəcəyi ehtimal olunur”.

Eskpert vurğulayır ki, Ukrayna üçün hər şeyin yaxşı getdiyini iddia etmək doğru deyil. Onun sözlərinə görə, şübhəsiz ki, Ukrayna bəzi ağrılı güzəştlərə getmək məcburiyyətindədir, o, işğal altındakı ərazilərin qeyri-müəyyən müddətə Rusiyanın nəzarətində qalmasına razı olacaq: “Bununla bağlı bir təhlükə də var ki, Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün işğaldakı ərazilərin bir hissəsinin (məsələn, Krım və Donbasın) Rusiya ərazisi kimi tanınmasını Zelenskidən tələb edə bilər. Bunu bir ehtimal kimi yazıram, belə tələb olmaya da bilər. Amma Zelenski və ya hər hansı Ukrayna rəhbərinin ölkə Konstitusiyasına zidd olan belə bir məsələyə razılaşması mümkün deyil. Ukrayna indiki mərhələdə NATO üzvlüyündən də imtina etməli olacaq. Amma unutmaq olmaz ki, Bayden administrasiyası da Ukraynanın NATO üzvlüyünə razı deyildi. Ümumiyyətlə, hazırkı vəziyyətin yaranmasına görə məhz Bayden və demokratlar məsuliyyət daşıyır. Əgər 2014-cü ildəki hadisələrdən sonra NATO-ya üzvlüklə bağlı Ukraynaya tezləşdirilmiş qrafik verilsəydi, yaxud Ukrayna ciddi şəkildə silahlandırılsaydı, Rusiyanın 2022-ci ildəki xain hücumu baş verməyəcəkdi. 2014-cü ildə Krımın işğalı və ilhaqı zamanı da Bayden hakimiyyətdə idi - vitse-prezident qismində”.

Şahin Cəfərli bildirir ki, hazırkı mərhələdə Ukrayna, prinsipcə, atəşkəsə razıdır – bir şərtlə ki, ölkə ərazisinin qalan 81%-lik hissəsinə etibarlı təhlükəsizlik zəmanəti verilsin.

“Bu halda Ukrayna öz müstəqilliyini, milli dövlətçiliyini qorumuş olacaq: yaxın günlərdə 3-cü ildönümü tamamlanacaq müharibədə təməl hədəf məhz bu idi”, - o, əlavə edib.

Bəs, Rusiya qarşıya qoyduğu siyasi məqsədlərə nail olmadan müharibəni dayandırmağa razılıq verəcəkmi?

Ekspert bunu gələcəyin göstərəcəyini deyir…

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri