Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

TRAMP Sİ İLƏ GÖRÜŞƏ “ƏLİDOLU” GETMƏK İSTƏYİR... Çin Hörmüzdə “ilişən” ABŞ nin qarşısına nə ilə çıxır?

TRAMP Sİ İLƏ GÖRÜŞƏ “ƏLİDOLU” GETMƏK İSTƏYİR... Çin Hörmüzdə “ilişən” ABŞ nin qarşısına nə ilə çıxır?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çin rəhbəri Si Çinpinlə görüşə yola düşməmişdən öncə Vaşinqton Pekinə xəbərdarlıq xarakteri daşıyan qərar verib. Belə ki, ABŞ Çinin üç komersiya peyk şirkətini İrana kəşfiyyat məlumatları ötürməkdə ittiham edərək, onlara sanksiya tətbiq edib. Bunlar “The Earth Rye”, ”MizarVision” və “Chang Guang Satellite Technology” şirkətləridir.

Çin isə ABŞ sanksiyalarına baxmayaraq, geosiyasi mübarizədən geriyə çəkilməyəcəyini və öz müttəfiqlərini dəstəkləyəcəyini nümayiş etdirmək üçün Rusiya və İrana kütləvi şəkildə dron komponentləri göndərir. ABŞ kəşfiyyatının məlumatına görə, bu tədarük müxtəlif vasitəçi firmalar tərəfindən həyata keçirilir. Ancaq Çin bunu etməyə də bilməz, çünki o, Rusiya və İrandan ucuz neft alır. Ona görə də Tramp Si Cinpinə Hörmüz boğazındakı vəziyyətə məhz ABŞ-nin nəzarət etməsini əyani şəkildə göstərmək istəyir.

Şübhəsiz ki,Tramp Si Cinpinə İran məsələsinin onlar üçün xüsusilə həssas olduğunu bildirməklə yanaşı, Tehrana edilən istənilən yardımın Çinə qarşı sanksiyalarla nəticələnəcyini söyləyəcək. Bu görüş zamanı Çin də öz növbəsində əlindəki güclü kartların nədən ibarət olduğunu göstərəcək. Hazırda Pekinin ABŞ-yə qarşı istifadə edə biləcəyi ən güclü təzyiq vasitəsi nadir torpaq metallarından emal edilən məhsulların ixracına qadağa qoyulması ola bilər.

ABŞ-nin Çinə qarşı sərt mövqe nümayiş etdirməsinin əsas səbəbi Çin iqtisadiyyatının heç də yaxşı günlər keçirmədiyindən qaynaqlanır. Əlbəttə, zahirən Çin çox möhtəşəm təsir bağışlayır. Dağ massivlərini aşan yeni yollar, gözöxşayan infrastruktur obyektləri, ölkənin hər yerinə yayılmış sürət qatarları, Süni İntellektin köməyi ilə həyata keçirilən mürəkkəb texnoloji əməliyyatların asanlaşdırılması, robot texnikasının məişətin bütün sferalarına daxil olması, mikroelektronika sahəsindəki irəliləyişlər Çinin qabaqcıl mövqedə dayandığının bariz əlaməti kimi görünə bilər. Ancaq bütün bunlara baxmayaraq, Çin iqtisadiyyatında ciddi problemlər var və ölkənin Ümumi Daxili Məhsulu öncəki illərlə müqayisədə çox zəif böyüyür.

Çinin iqtisadi mühərrikində nasazlığın yaranması heç də birbaşa daxili amillərlə bağlı deyil. Burada üç amil xüsusilə mühüm rol oynayır və onların hamısı sinxron şəkildə Çinin iqtisadi mühərrikinin saz işləməsinə böyük əngəllər törədir.

Birinci amil, dünya iqtisadiyyatının durğunluğa girməsidir və bunun səbəbləri mövcud qlobal iqtisadi-maliyyə sisteminin baza prinsiplərilə bağlıdır. Bu amil Çinlə yanaşı, qlobal maliyyənin başlıca mərkəzi olan ABŞ iqtisadiyyatını da dərindən sarsıdır.

İkinci amil ABŞ ilə Çin arasında gedən geosiyasi mübarizəylə əlaqədardır. ABŞ-nin Çinə qarşı tətbiq etdiyi ticarət tarifləri və müxtəlif səpkili sanksiyalar təsirsiz ötüşmür. Digər yandan, Çinin Hindistan, Yaponiya və digər region dövlətləri ilə geostrateji mövqe mübarizəsindən ABŞ öz mənafeyi üçün sui-istifadə edir.

Üçüncüsü, Çinin iqtisadi böyümə tempinin getdikcə zəifləməsidir. Pekin öz üzərinə kapitalizm sisteminin ən ağır yükünü - dünya istehsalının təmərküzləşməsi prosesini götürüb. Kapitalizm isə daim dövri olaraq böhranlara məruz qalır. Vaxtilə bu cür böhranlar 19-cu əsrdə Avropada “uzun depressiya”, 20-ci əsrin 30-cu illərində isə ABŞ-də “böyük depressiya” adlanan dərin iqtisadi böhranlara səbəb olub. Əgər bugünkü dünya iqtisadiyyatının həcminin 90 il bundan əvvəlki ilə müqayisədə nə qədər nəhəng hala gəldiyini nəzərə alsaq, onda yaranacaq hər hansı oxşar böhranın necə qorxunc olacağı anlaşılar. Ona görə də Çin sanki tələyə düşmüş kimidir və Pekin bunun öhdəsindən gəlməyə çalışır.

Unutmayaq ki, dünya iqtisadiyyatı dərindən inteqrasiya olunduğundan baş verəcək istənilən qloabal iqtisadi kollapsdan təkcə Çin yox, Avropa və ABŞ də böyük zərbə alacaq.

Bildiyimiz kimi, Çin iqtisadiyyatının təməli əsas etibarı ilə ixrac və tikinti üzərində bərqərardır. Lakin son dövrlər yuxarıda sadalanan amillər ucbatından bu sahələrdə nəzərəçarpacaq problemlər yaranıb.

Dünya fabrikası hesab edilən Çinin başqa bir başağrısı xarici şirkətlərin ölkəni tərk etməsi və öz müəssisələrini Hindistana, Vyetnama, Kombocaya, İndoneziyaya və digər ölkələrə köçürmələridir. Düzdür, bu proses fəlakətli səviyyədə olmasa da, hər halda sürətlənir. Bunun səbəblərindən biri geosiyasətlə bağlıdırsa, digər səbəb Çində istehsal xərclərinin durmadan artmasıyla əlaqədardır. İxrac sayəsində böyük pullar qazanan Çin artıq kasıb ölkə olmaqdan çıxıb və ölkədə fiziki əmək bahalaşıb. Deməli, xarici şirkətlər daha uzuz işçi qüvvəsi olan əlverişli mühit axtarırlar.

Çində elə zavodlar var ki, bir neçə aydır tam gücü ilə işləmir. Əyalətlərdən şəhərlərə gəlmiş milyonlarla əmək miqrantı geriyə -kəndlərə dönmək məcburiyyətindədirlər.

Son dövrlər Çindəkı ən böyük iqtisadi çətinlik neftdən alınan məhsullarda yaranan qıtlıqla bağlıdır. Çin uzun müddət İrandan, Venesueladan, Rusiyadan ucuz neft alıb. Nəticədə Çin zavodları plastik materiallar bazarında öz rəqiblərini xeyli üstələyib. Çin 2026-cı ilin əvvəlinə kimi 1,4 milyard barel neft ehtiyatı yığb. Təkcə 2025-ci ildə Çin gündəlik olaraq İrandan 850 min, Venesueladan 420 min, Rusiyadan isə 1,4 milyon barel neft idxal edib. Venesuela neftindən məhrum olan və enerjiyə tələbatının yarısını Yaxın Şərq ölkələrindən ödəyən Çin üçün Hörmüz boğazındakı münaqişənin uzanması xoşagəlməz haldır.

Beləliklə, Tramp Çində yaşanan iqtisadi geriləməni yaxşı gördüyündən Pekinə mümkün qədər təzyiq göstərməklə yanaşı, ona geosiyasi ambisiyalarından geri çəkilməyə və bir çox beynəlxalq məsələlərdə Vaşinqtonla eyni mövqedə dayanmağı təklif edə bilər. Ancaq Pekinin buna müsbət cavab verəcəyi inandırıc deyil. Odur ki, Trampın Si ilə görüşəndən sonra iki ölkə arasında gərginlik daha da arta bilər.

Vaqif Nəsibov

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri