Icma.az
close
up
RU
TRAMP SONSUZADƏK PREZİDENT OLMAYACAQ Zelenski ABŞ dan 350 deyil, 100 milyard yardım aldıqlarını dedi və elə mesajlar verdi ki...

TRAMP SONSUZADƏK PREZİDENT OLMAYACAQ Zelenski ABŞ dan 350 deyil, 100 milyard yardım aldıqlarını dedi və elə mesajlar verdi ki...

Icma.az bildirir, Mia.az portalına istinadən.

"NATO-ya üzv olacağımız təqdirdə, sülh üçün prezident postundan dərhal istefa verməyə hazıram".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri yeri və xarici jurnalistlər üçün çoxsaylı kanallar tərəfindən canlı yayımlanan mətbuat konfransında Ukrayna lideri Zelenski deyib.

Zelenski Rusiya ilə ABŞ arasındakı görüşə və sülh danışıqlarına toxunaraq bildirib ki, ABŞ, Rusiya və Avropa ölkələri Ukrayna ilə birlikdə  bu müzakirələrdə olmalıdır: "Sabah (bu gün - Mia.az) Kiyevdə sammit keçiriləcək. 13 tərəfdaş ölkənin liderləri Kiyevə gələcək. Biz bu görüşdə detalları daha ətraflı danışacağıq".

Ukrayna lideri daha sonra ABŞ prezidenti Donald Trampın təhdid və borcla bağlı iddialarnı da qəbul etmədiyini növbəti dəfə təkrarlayıb: "Ukrayna ABŞ-a onun iddia etdiyi məbləğdə borclu deyil. Ukrayna ABŞ-dan 350 milyard deyil, 100 milyard dollar yardım alıb. Mən ABŞ-ın keçmiş prezidenti Co Baydenin yardımın borc deyil, qrant olması fikri ilə razıyam. Bilirsiniz, qrant borc deyil. Biz tərəfdaşlarımıza sonsuz hörmət edirik, lakin 500 milyard dollarlıq borcu qəbul etmirik. Qaldı ABŞ tərəfinin israrla 500 milyardlıq saziş imzalanması tələbinə, həm ABŞ, həm Ukrayna, həm də hər iki xalq üçün sərfəli bir müqavilə imzalanmalıdır. Bu şərtlər altında anlaşma mütləqdir. Biz sözdə deyil, məhz həmin sazişdə Ukraynaın təhlükəsizlik zəmanətlərini görmək istəyirik. ABŞ bunu bizə sözlə deyil, yazılı verməlidr və bunlar açıq şəkildə müqaviləyə daxil edilməlidir. Tramp əbədi qalmayacaq və bu səbəbdən bizə zəmanət və uzun illər sülh lazımdır. Bu zəmanət üçünsə bizə təkzə Avropa İttifaqı üzvlüyü yetərli deyil, bizə NATO üzvü olmaq gərəkdir. Düzdür, Aİ üzvlüyü də təhlükəsizlik zəmanəti olacaq. Fransa prezidenti Emmanuel Makron ABŞ-a gedir. Orada təhlükəsizlik zəmanətlərindən də danışacaq. Görək, nəticə necə olacaq".

Prezident Zelenski Trampın “diktator” ittihamını da rədd edib: "Trampın iddia etdiyi 4 faizlə məni etimad göstərən gerçək 65 faizi arasında ciddi fərq var: Sorğular bunu sübut edir. Qaldı seçkiyə, hərbi vəziyyət başa çatdıqdan sonra seçkilər keçiriləcək. Mənim üçün ən önəmlisi ukraynalıların mənim haqqımda nə düşündükləridir. Əgər daimi sülh üçün ölkəmNATO-ya üzv olarsa, dıərhal istefa verməyə də hazıram".

ABŞ-la münasibətləıri qorumaq və daha da inkişaf etdirməyin əsas hədəfləri olduğunu bildirən Zelenskinin sözlərinə görə, ABŞ-dan yalnız pul baxımından deyil, həm də siyasət və sanksiyalar baxımından dəstəyi artırmağı gözləyir: "Məncə, ABŞ bu il müharibənin qaynar fazasını bitirmək üçün əlindən gələni edəcək. Əsas məqsəd Putini müharibənin qaynar fazasına son qoymağa məcbur etməkdir".

Zelenski Ukraynanın müasir silah istehsalına başladığını da deyib: "2024-cü ildə 2,2 milyon FPV pilotsuz təyyarə və 100 min uzaq mənzilli pilotsuz uçuş aparatı istehsal etmişik. Bu, istehsal 2025-ci ildə artacaq. Bundan başqa, 2024-cü ildə Ukraynada 154 növ top istehsal olunub. Bu, tariximizdə rekorddur...".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri