Tramp sosial mediasında Azərbaycan və Ermənistanla bağlı 20 dən çox paylaşım edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 9 avqust , AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasındakı səhifəsində son sutka ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri, görüşlər, imzalanmış sənədlər və çıxışlarla bağlı 20-yə yaxın paylaşım edib.
AZƏRTAC-ın məlumatına görə, bu müddətdə o, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını 2 dəfə səhifəsinə yerləşdirib.
Donald Trampın “Truth” sosial mediasındakı səhifəsinin 10 milyondan çox izləyicisi var. ABŞ lideri vacib açıqlama və bəyanatlarını bu hesab vasitəsi ilə elan edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Tramp Azərbaycan və Ermənistanla bağlı infrastruktur planını açıqlayacaq
07 Avqust 2025 15:52
Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar... Tramp
14 İyul 2025 21:33
Blinken Ermənistanla bağlı paylaşım etdi
15 Yanvar 2025 19:08
Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edib
20 Noyabr 2024 14:13

