Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaq çağırışlarına məhəl qoymaması və təkəbbürlü davranışı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Atlantic” Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.
“Zelenski təkəbbürlü davranır və prezidenti qəzəbləndirir. Prezident ondan yalnız bir şey istəyir: neft emalı zavodlarına zərbələri dayandırmaq. Onun bu istəyini yerinə yetirin”, - ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən rəsmisi nəşrə deyib.
Nəşr vurğulayıb ki, 2025-ci ilin fevralında Ağ Evdə Donald Trampla yaşanan mübahisədən sonra Volodimir Zelenski bir ildən artıqdır ABŞ lideri ilə münasibətləri bərpa etməyə çalışır. Kiyev bu müddət ərzində Trampın Ukraynanın maraqlarına zidd hərəkət etməyəcəyinə ümid edib. “The Atlantic”in fikrincə, bu ümid getdikcə azalır.
Nəşr əlavə edib ki, ABŞ Prezidenti “sülhə əsas maneə” kimi müharibəni başladan Rusiya Prezidenti Vladimir Putini yox, ölkəsi təcavüzə məruz qalan Volodimir Zelenskini görür./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Oktyabr 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















