Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Sadıqov: “Dedim ki, susmağımın səbəbi “Neftçi”də olmağınızdır”

Sadıqov: “Dedim ki, susmağımın səbəbi “Neftçi”də olmağınızdır”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XIII turunun “Neftçi” – “Zirə” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyun bizim üçün uğursuz başladı. Matça qədərki məşqlərimizdə “Neftçi”nin erkən qol planına qarşı hazırlıqlarımız oldu, amma alınmadı. Qolda qayda pozuntusunun olub-olmadığını bilmirəm. Qoldan 15-20 dəqiqə sonra oyunu ələ ala bildik. İkinci hissədə isə daha fəal və sürətli oynadıq. Hücumlar etdik, təhlükəli epizodlar yaratdıq. Futbolçularıma təşəkkür edirəm. Liderə qarşı oynayırdıq. “Neftçi”nin səviyyəsini bilirdik. Ümumilikdə oyunçularımın performansından razı qaldım.

– Leqbo ötən qarşılaşmada müdafiənin solunda oynayırdı. Bu dəfə isə vinger kimi meydanda idi. Bu dəyişiklik nə ilə bağlı oldu?
– Bizdə ciddi şəkildə vinger qıtlığı var. Digər oyunçularımız da var, amma onlar gəncdirlər. Hazırda tam formalaşmış vingerimiz yalnız Erendir. Məcburiyyətdən heyətdə dəyişikliklər edirik. “Neftçi”nin cinah müdafiəçiləri hücumda fəaldırlar. Ona görə Qismət və Amin cinahlarda oynadı. Leqbo hücumlarda təhlükə yarada bilir. İki il əvvəl Finlandiyada çıxış edən zaman bir mövsümə 15 qol vurmuşdu. Bu tip oyunları qazanmaq üçün nəticəyə təsir edə biləcək futbolçulara ehtiyac var.

– Oyundan sonra Vernidubla aranızda nə baş vermişdi?
– Dediklərim yadımda deyil. Sadəcə bildirdim ki, “artıq çox danışırsınız”. Bunu qeyd etdim və getdim. Mən ona dedim ki, hörmətim “Neftçi”yədir. Bilirik ki, o, harada işləyir. Bəzi kəlmələri ona yaraşdırmıram. Bu gün də fasilədə yanımdan keçəndə narazılıq bildirirdi. Ona dedim ki, susmağımın səbəbi “Neftçi”də olmağınızdır.

– Hədəflərinizə çatmaq üçün heyətinizin potensialı yetərlidir?
– Yayda seleksiyamız oldu. Ümumi baxanda, iddialı komandalarla mübarizə aparmaq çətindir. “İmişli” ilə heç-heçə etdik, Şamaxıdakı oyunda qələbə qazana bilərdik. Bu gün heyətdəki bütün futbolçularımız sağlam olsaydı, bəlkə nəticə fərqli alına bilərdi. Sıx qrafikdəyik. Ardıcıl matçlarımız var və bu heyətlə mübarizə aparmaq asan deyil. Çalışacağıq ki, “üçlük” üçün rəqabətdə yer alaq.

– Oyunun sonlarının gərgin keçməsi nə ilə bağlı idi?
– Rəqibin qələbəni xüsusi qeyd etməsini görmədim. “Neftçi”nin oyun proqramına baxsaq, qış fasiləsinə kimi demək olar, ən kritik qələbəsini qazandı. Futbolçularda aqressiya və hörmətsizlik görmədim.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Noyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri