Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Ukrayna Qara dənizdə atəşkəsin əldə olunması ilə bağlı təkliflərini beynəlxalq tərəfdaşlarına təqdim edib və Rusiyanın cavabını gözləyir.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Grain from Ukraine” adlı V Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Kiyev atəşkəsə hazırdır və Qara dənizdə gərginliyin azaldılması istiqamətində vasitəçilik səylərinə görə Hindistan, Türkiyə və Misirə təşəkkür edir.
Sibiqa qeyd edib ki, Rusiya Ukraynanın təkliflərinə hər dəfə əlavə şərtlərlə cavab verir. Bu dəfə Moskva razılaşmaya Rusiya neftinin ixracı məsələsini də daxil etməyi təklif edir.
Nazir bildirib ki, Ukrayna neft ixracı məsələsini daha geniş enerji atəşkəsi çərçivəsində müzakirə etməyə hazırdır. Lakin Qara dənizdəki atəşkəs yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına aid olmalıdır.
O, Qara dənizdə sərbəst gəmiçiliyin bərpası üçün Rusiyaya beynəlxalq təzyiqin artırılmasının vacibliyini vurğulayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan da Rusiyanın uzunmüddətli sülh sazişi olmadan Ukrayna ilə Qara dənizdə müvəqqəti razılaşma əldə etmək istəmədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Noyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















