Tramp tamamilə yeni bir söz icad etdiyini dedi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp tamamilə yeni bir söz - "equalise" (bərabərləşdirmək) icad etdiyini iddia edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, reseptli dərmanların qiymətlərini Avropa ölkələrinin səviyyəsinə endirmək planını təqdim edərkən danışıb. Məlumat "Mirror" nəşrinə istinadla verilib.
"Əslində bizim etdiyimiz şey bərabərləşdirmədir. Bu, mənim icad etdiyim yeni bir sözdür və yəqin ki, ən yaxşı sözdür. Hamımız eyni məbləği ödədiyimiz zaman bərabərləşəcəyik. Biz Avropanın ödədiyi qədər ödəyəcəyik", - deyə ABŞ prezidenti çıxışı zamanı qürurla bildirib.
Lakin sayıq vətəndaşlar Trampın "equalise" sözünün müəllifliyini özünə aid etməklə ciddi səhvə yol verdiyini tezliklə ortaya çıxarıblar. Belə ki, bu söz ingilis dilində hələ XV əsrin sonlarından məlumdur. Beləliklə, Trampın "icad etdiyi" söz əslində 500 ildən artıqdır ki, dilin aktiv leksikasında mövcuddur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:293
Bu xəbər 15 May 2025 05:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















