Tramp tarifləri yüngülləşdirməyi nəzərdən keçirir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası ayrı-ayrı ölkələrin fərdi ticarət güzəştləri müqabilində digər ölkələrlə tarif siyasətlərini yumşaltmaq üçün danışıqlara hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ ) Ağ Evdəki mənbələrə istinadən məlumat verib.
Qeyd olunub ki, aidiyyəti idarə rəhbərləri və Trampın yüksəkrütbəli köməkçilərinə ABŞ və digər ölkələrdə ictimaiyyəti rüsumların ciddi şəkildə və uzun müddət tətbiq ediləcəyinə və prezidentin qərarının yenidən baxılmasının mümkün olmamasına inandırmaq tapşırılıb.
Eyni zamanda, Ağ Ev ABŞ fond bazarlarında və xarici işgüzar dairələr və hökumətlər arasında yaranmış xaosu normal qəbul edirlər. ABŞ-nin yüksəksəviyyəli rəsmilərinin fikrincə, nəticələr gözlənilən qədər ciddi deyil. Onlardan biri WSJ-yə bildirib ki, birjada cəmi 3% ucuzlaşma baş verib və o bu rəqəmi kritik hesab etmir.
Məlumata görə, administrasiya üzvlərinin əksəriyyəti, Trampın tərəfdarı olduğu idxal tarifləri mövzusundan artıq yorulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 04 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















