Icma.az
close
up
RU
Tramp tarixdə böyük sülhməramlı kimi qalmaq istəyir The Atlantic

Tramp tarixdə böyük sülhməramlı kimi qalmaq istəyir The Atlantic

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Tramp dönəmində ABŞ və Avropanın Ukrayna ətrafında birləşəcəyi ssenarisi realdır, bu proses Avropadan qətiyyət, ABŞ-dan liderlik tələb edir..."

Beynəlxalq siyasətdə çox zaman pislə ən pis arasında seçim etmək lazım gəlir. Ukrayna hazırda məhz belə vəziyyətdədir.

Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşri yazıb.

Nəşr qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin şücaətinə və müttəfiqlərinin dəstəyinə rəğmən, kritik vacib silah tədarükündə yanlışlıq və ləngimələrin bədəli son dərəcə yüksək olub.

Əldən verilmiş şans

Müharibənin əvvəlində Rusiya tərəfindən işğal edilmiş ərazilərin güc yolu ilə geri qaytarılması üçün gerçək imkan olub. Lakin ehtiyatlılıqla qətiyyətli hərəkətlər arasında tərəddüd edən Bayden administrasiyasının qətiyyətsizliyi ölümcül səhv olub.

Əgər ABŞ və müttəfiqləri hələ 2022-ci ildə kütləvi şəkildə tanklar, təyyarələr və raket sistemlərini tədarük etsəydi, hadisələrin bugünkü gedişi tamamilə başqa cür olacaqdı.

Lakin indi Ukrayna elə vəziyyətdədir ki, perspektivlər təkcə Qərbin dəstəyindən deyil, siyasi landşaftda qlobal dəyişikliklərdən, o cümlədən Donald Trampın hakimiyyətə qayıdışından asılıdır.

Tramp və Ukrayna

Donald Trampın prezident seçilməsi birmənalı olmayan  proqnozlar doğurub. Skeptiklər onun təcridi baxışlarını, Putinə simpatiyasını və ABŞ-ın Avropa müttəfiqlərinə etinasız münasibətini qeyd edir. Lakin ehtiyatlı nikbinliyə də əsas var.

Trampın ətrafında olan insanlar tərəfindən işlənib hazırlanan siyasi planlarda aşağıdakı bəndlər var:

- münaqişənin dondurulması üçün atəşkəs;

- Ukrayna üçün təhlükəsizlik zəmanətləri;

- ölkənin bərpa edilməsinə kömək göstərilməsi;

- Rusiyaya qarşı sanksiyaların qismən yumşaldılması.

Trampın özü tarixdə "böyük sülhməramlı" olaraq qalmağa can atdığını nümayiş etdirir. O, Putinə heyranlığını azaldıb. 

Hazırkı Putin qalib təsiri bağışlamır. Müharibə üç ildir uzanıb, şəxsi heyət və texnika sarıdan çox böyük itkilərə, iqtisadi tənəzzülə və strateji nüfuzun itirilməsinə gətirib çıxarıb.

Ukrayna üçün gerçək ssenari

Cari vəziyyət kompleks yanaşma tələb edir və buraya aşağıdakılar daxildir:

1. Ukraynanın NATO üzlüyünün təxirə salınması. Bu, Ukrayna Alyansa inteqrasiya edilməsinə hazır olanadək müvəqqəti güzəşt ola bilər. 

2. Müstəqilliyin təmin edilməsi. Rusiya Ukrayna siyasəti və cəmiyyətinə hər-hansı təsirdən məhrum edilməlidir.

3. Miqyaslı rekonstruksiya. Avropa donorları, o cümlədən Rusiyanın dondurulmuş aktivləri hesabına əsas maliyyə mənbəyi ola bilər.

4. Təhlükəsizlik zəmanətləri. Avropanın hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsini təmin etmək vacibdir. Buraya ümumi sayı 100 minədək olan polyak, fransız və digər bölmələr daxil edilə bilər. 

Bu təhlükəsizlik zəmanətləri Rusiyaya qarşı sanksiyaları genişləndirməklə Kremlin zəifləməsi və Ukraynanın mövqelərinin möhkəmləndirilməsi üçün şərait yaradacaq.

Ukraynada müharibə Rusiya rejiminin zəif yerlərini üzə çıxarıb. İqtisadi təzyiq, rublun məzənnədən düşməsi, inflyasiya və hərbi itkilər Kremlin sabitliyini sarsıdır. Məsələn, "Qazprom"a qarşı sanksiyaların gücləndirilməsi Rusiya iqtisadiyyatına əlavə təzyiq yaradaraq vəziyyəti pisləşdirəcək.

Tramp dönəmində ABŞ və Avropanın Ukrayna ətrafında birləşəcəyi ssenarisi mürəkkəb olaraq qalır, lakin realdır, nəşr yazıb. Bu proses Avropadan qətiyyət, ABŞ-dan liderlik, Rusiyadan isə hətta Putinin qələbə kimi təqdim etsə belə, məğlubiyyəti qəbul etməyə hazır olmaq tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri