Tramp tezliklə Çinə səfər edəcəyini bildirib
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp çox da uzaq olmayan gələcəkdə Çinə səfər edəcəyini etiraf edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Ağ Evdə filippinli həmkarı Ferdinand Markos ilə görüşü zamanı bildirib.
“Prezident Si Cinpin məni Çinə dəvət etdi və biz bunu çox da uzaq olmayan gələcəkdə edəcəyik”, - deyə Tramp bildirib.
Xatırladaq ki, iyunun 5-də Tramp və Si Cinpin arasında telefon danışığı olub. Söhbətdən sonra ABŞ və Çin liderləri bu səfərlərin mümkün tarixlərini dəqiqləşdirmədən səfər mübadiləsi barədə razılığa gəliblər. İyulun 8-də Amerika lideri ABŞ və Çin arasında münasibətlərin yaxşılaşdığını bəyan edib.
Baxış sayı:62
Bu xəbər 22 İyul 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















