Tramp Ukraynaya “Patriot” lisenziyalarının verilməsi barədə DANIŞDI
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri (ZRK) və onların istehsalı üçün lisenziyaların mümkün verilməsi məsələsinə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, "RİA Novosti" ABŞ liderinin açıqlamasını yayıb.
Jurnalist Trampdan Ukrayna prezidenti Vladimir Zelenskinin “Patriot” sistemləri və onların istehsalı üçün lisenziyalar əldə edib-etməyəcəyini soruşub.
Tramp suala “daha az inkişaf etmiş versiya” cavabını verib.
Daha əvvəl Ukraynanın “Patriot” sistemləri üçün raketlərinin demək olar ki, hamısını tükətdiyi bildirilib.
ABŞ dövlət katibi Marko Rubio isə Kiyevin ABŞ-dən lisenziya alacağı təqdirdə belə “Patriot” sistemlərinin istehsalı üçün zavodlar qurmasına bir neçə il lazım olacağını açıqlayıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı danışıqlar davam edir və gələcəkdə nəticə verə bilər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 14 Sentyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















