“Tramp Ukraynaya zəmanət verməyə hazırdır” “Zəmanətləri Konqres təsdiqləyəcək və onlar məcburi olacaq
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"ABŞ-nin yüksək vəzifəli rəsmisi Tramp administrasiyasının Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanan zəmanətlər verməyə hazır olduğunu bildirib. Bu zəmanətlər Konqres tərəfindən təsdiqlənəcək və hüquqi cəhətdən məcburi olacaq".
“AzPolitika” xəbər verir ki, bunu "Axios" nəşri öz mənbələrinə istinadla yazıb.
Mənbənin sözlərinə görə, "biz ukraynalılara bir tərəfdən boş sözlər olmayan, digər tərəfdən isə kifayət qədər etibarlı olan təhlükəsizlik zəmanətləri vermək istəyirik".
Nəşr qeyd edir ki, Tramp özü Ukraynaya təhlükəsizlik zəmanətlərinin alınmasında kömək edəcəyinə söz verib.
Xatırladaq ki, Trampın Ukrayna üçün yenilənmiş sülh planının əsas müddəalarına Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması, NATO-nun Kiyevi qəbul etməkdən imtina etməsi, Ukraynada prezident seçkilərinin keçirilməsi və dondurulmuş Rusiya aktivlərinin birgə istifadəsi daxildir. Dekabrın 10-da rəsmi Kiyev həmin müqaviləyə düzəlişlərini Vaşinqtona təqdim edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 13 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















