Icma.az
close
up
RU
Tramp USAİD i çökdürür

Tramp USAİD i çökdürür

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətləb Salahov: “Daima Azərbaycan əleyhinə qatı düşmənçilik sərgiləyən bu təşkilat indi ABŞ-ın öz maraqları üçün də ciddi təhlükəyə çevrilib”

USAİD-i daha çox keçmiş sovet ərazilərində və Yaxın Şərqdə yaxşı “tanıyırlar”. Ölkələrin daxilində təxribatlar törətməkdə və cəsus şəbəkəsi formalaşdırmaqda, Qərb siyasi kursuna “yox” deyən hakimiyyət və qüvvələrin sıradan çıxarılmasında, iğtişaşlar yaradılmasında və informasiya təxribatlarında adı daima hallanan USAİD, artıq ABŞ-ın özü üçün də ciddi təhlükəyə çevrilib. Ağ Ev-ə yenicə qədəm qoyan Donald Tramp və onun komandası artıq bu xoşagəlməz təşkilatın fəaliyyətini dayandırmaq üçün əməllicə işə başlayıblar.

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bəyan edib ki, artıq USAID-in ləğvi prosesindədirlər: “USAID bərpa oluna bilməz”.
Məlum olduğu kimi, ötən həftə administrasiya ABŞ-nin xarici yardımlarını dondurub. Mask USAID agentliyini Çin laboratoriyasını maliyyələşdirməkdə ittiham edib. Amerikada iddia edilir ki, koronavirus məhz bu laboratoriyadan yayılıb. İlon Mask bunlarla bağlı müvafiq bəyanatları öz "X" hesabında dərc edib. Bildirilib ki, Tramp hökuməti dünya miqyasında göstərilən on milyardlarla dollar həcmində yardımı dayandırmaqda israrlıdır. Son bir neçə il ərzində USAİD artıq idarəolunmaz həddə çatmışdı. Yüzdən çox ölkədə fəaliyyət göstərən təşkilat 50 milyard dollardan çox büdcəyə malikdir ki, bu da onun fəaliyyət mexanizminin ABŞ-ın çərçivəsindən çıxaraq idarəolunmaz şəkil almasına rəvac verir.
Bu təşkilat barədə danışarkən ilk növbədə ölkəmiz Azərbaycana olan münasibətini önə çıxarmalıyıq. Qatı ermənipərəst Samanta Pauerin başçılıq etdiyi USAİD daima Azərbaycan əleyhinə olan bütün proseslərdə “bayraqdar” rolu oynayıb. Əlbəttdə informasiya, güclü maliyyə və siyasi dəstək tapmaqda. Azərbaycan əleyhinə olan ən kiçicik təxribat xarakterli məlumatı dərhal şişirdib öz maraqlarına uyğun dövriyyəyə buraxan bu təşkilat ölkəmizə qarşı amansız mənfilikləri ilə seçilirdi.
USAID başqa ölkələrin daxilini qarışdırmaq məsələsində “mahir ustadır”. Bu təşkilat analoji fəaliyyətini illər öncə Azərbaycanda da həyata keçirməyə çalışıb, lakin cəhdləri baş tutmayıb. Belə ki, təşkilat müxtəlif qrant və ianələr hesabına Azərbaycanda öz planlarını reallaşdırmağa cəhd göstərib. USAİD-in ən böyük qərəzi və riyakarlığı ondadır ki, onun rəhbərləri Bakıda səfərdə olarkən Ermənistandan - tarixi torpaqlarından qovulmuş 300 minə yaxın qərbi azərbaycanlının heç biri ilə görüşməyib. Qurum onlara heç bir yardım etməyib. Qərb siyasi institutları sırasında yer alan USAID heç vaxt Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyib, bir milyondan çox qaçqının öz torpaqlarına qayıtması üçün səy göstərməyib. Ermənistanın azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə bircə sətir də olsun məlumat yaymayan bu təşkilat, bunun əksinə olaraq daima rəsmi Bakı əleyhinə olmazın hədyanlar yağdırıb. Bunlar hər kəsin gözü qarşısında olan real həqiqətlərdir.

“USAİD 1992-ci ildən bəri Ermənistana 3,3 milyard dollar sərmayə yatırıb”

Bu təşkilatın ikili siyasətini göstərən daha bir fakta müaricət edək. 1991-ci ildən USAlD "Azərbaycana dəstək" proqramlarına 450 milyon dollardan çox vəsait sərf etsə də, Gürcüstana 1,8 milyard, Ermənistana isə 1992-ci ildən bəri 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda 22 layihə üzrə İrəvana dəstək davam edir. Bu rəqəmlər birbaşa USAİD-in əsl mahiyyətini ortaya qoyur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə USAİD barədə rəsmi Bakının mövqeyini ifadə edib. “Biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil. Ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb”. Bəli, bir sıra Qərb qurumları Azərbaycanın daxilində olmazın təxribat şəbəkəsi formalaşdırmaq üçün “can yandırıblar”. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra USAID, Milli Demokratiya İnstitutu, “Fridrix Nauman”, “Marşall”, IREX və digər bu kimi qurumlar ölkəmizdə fəaliyyət göstəriblər. Onlar aldıqları təlimatlar əsasında ölkədə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. USAID bu məsələlərdə daima ön yerdə qərarlaşıb. İndi görünür ki, bu təşkilat həm də qlobal dərəcədə cinayət və təxribat oyunlarında da “fəallıq” göstərib. Onun Çin laboratoriyalarında hazırlanan virus epidemiyaları barədə ittiham olunması daha dəhşətli mətləblərdən xəbər verir. Görünür D.Tramp bu təşkilatın fəaliyyətini dayandırmağı çox əvvəl düşünübmüş.

Mətləb Salahov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Fevral 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri