Tramp vacib sərəncam imzaladı qaydalar DƏYİŞDİ
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə silah satışı ilə bağlı yanaşmasını dəyişdirən sərəncam imzalayıb.
Ölkə.az Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yeni qaydalara əsasən, Amerika silahlarının satışında yüksək müdafiə xərcləri ayıran və öz regionlarında strateji əhəmiyyət daşıyan ölkələrə üstünlük veriləcək.
Agentliyin yazdığına görə, sənəd federal qurumlara "özünümüdafiə imkanlarına əhəmiyyətli investisiya yatırmış, mühüm mövqelər tutan və ya əsas coğrafi regionlarda yerləşən tərəfdaşlara xarici hərbi satışlara prioritet verilməsini" tapşırır.
Məlumata görə, bu addım müttəfiqlərə ABŞ silahlarının tədarükünü sürətləndirmək, eyni zamanda xarici sifarişlər hesabına Amerikanın müdafiə sənayesinin istehsal güclərini genişləndirmək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Fevral 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















