Icma.az
close
up
RU
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? Erməni detalı

Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? Erməni detalı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni prezidenti və hakim komandası ilə bağlı narazılıqlar getdikcə artır. Prezident Donald Trampın radikal qərarları və ən səs-küy doğuran addımlarının belə komandası tərəfindən tam dəstəklənməsi ictimaiyyətdə, həmçinin beynəlxalq siyasi arenada birmənalı qarşılanmır.

Eyni zamanda prezident də daxil olmaqla yeni hökumət üzvlərinin bəziləri haqqında xoşagəlməz iddialar da ortaya atılır.

Hazırda dünyanın supergüc ölkəsi hesab edilən ABŞ-da hökumət səlahiyyətlərini icra edən şəxslər kimlərdir?

Globalinfo.az Ağ Evin hakim komandasının bəzi üzvləri haqqında çox bilinməyən məlumatları təqdim edir.

Prezident Donald Tramp

“Amerikan milliyyətçiliyi” və immiqrantlar əleyhinə sərt mövqeyi ilə tanınan Tramp 1946-cı ildə ABŞ-da dünyaya gəlib. Onun ata babası və nənəsi əslən alman immiqrantları olublar. Milyarder ana xətti ilə isə şotland əsillidir. İki bacısı və iki qardaşı var. O, Pensilvaniya Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Atasının daşınmaz əmlak şirkətində işə başlayıb. Daha sonra şirkətin adını “The Trump Organization” olaraq dəyişdirib və işləri getdikcə böyüdüb. Uğurlu yatırımlar edib və müsbət geri dönüşlər alıb. Tramp artıq 1980-1990-cı ildə “Amerikan xəyalı” ideyalogiyasının əsas simalarından hesab edilir, uğurlu iş adamı kimi nümunə göstərilirdi. O, hətta 2004-2015-ci illərdə biznes məzmunlu bir realiti şounun təsisçisi və aparıcısı olub.

Donald Trampın adı bu günə kimi 4 mindən çox məhkəmə prosesində hallanıb. Onun biznes müəssiələri 6 dəfə iflasa uğrayıb, lakin yeni yatırımlarla itkiləri kompensasiya edə bilib. 2016-cı ilk dəfə Respublikaçıların namizədi kimi seçkilərə qatılıb və prezident yarışında qalib gəlib. Onun qalibiyyəti ölkədə ciddi rezonans doğurub.Tramp prezident kimi xarici siyasətə çox qarışmamağa, bu istiqamətdə problemləri tezliklə həll edib ölkə daxilinə yönəlməyə çalışır və “mühafizəkar amerikalı” ideologiyasının təbliğinə önəm verirdi.


Cefri Epstein və Donald Tramp 

Buna baxmayaraq onun adı bu günə kimi bir çox ölkə və dünya miqyaslı skandallarda hallanıb. Onlardan biri də son olaraq həbsdə ölü tapılan amerikalı maliyyəçi Cefri Epstein dosyesi idi. Epsteinin təsis etdiyi adaya tez-tez səfər edən, oradakı uşaqların cinsi istismarında adı çəkilən şəxslərin siyahısında Tramp da qeyd olunub. O, dəfələrlə bunu əleyhinə qarayaxma kampaniyası adlandırsa da, Epsteinin sağlığında ikili arasında yaxın münasibətin olması ictimaiyyətin diqqətindən yayınmayıb.

Trump ümumilikdə 3 dəfə evlilik həyatı yaşayıb. Bu evliliklərdən ümumilikdə 3 oğlan 2 qız övladı var.


Vitse-prezident Ceyms Devid Vens

Amerikalı siyasətçi və iş adamı olan Vens 1984-cü ildə Midltaun bölgəsində dünyaya gəlib. Onun anası Beverli Akins narkomaniyadan əziyyət çəkib, lakin mübarizə apararaq asılılıqdan xilas ola bilib. Ceymsin yetişməsində isə əsas rolu onun nənəsi Bonni Blanton oynayıb. Blanton nəvəsinin anası kimi olmaması üçün narkotik satıcılarını daim Vensdən uzaq saxlamağa çalışıb. Nənənin ölümündən sonra onun evinin müxtəlif yerlərində gizlədilmiş 19 silah aşkarlanıb.

Siyasətçi ilk dünyaya gəldiyi zaman ona Ceyms Donald Bouman adı verilib, lakin anası başqa bir ilə ailə qurub və yeni həyat yoldaşının şərəfinə onun adını Ceyms Devid Hamel olaraq dəyişib. Ceyms böyüdükdən sonra babasının li Vens soyadını götürüb. İraq müharibəsi zamanı zabit kimi çalışıb, xidmətini başa vurduqdan sonra Ohayoda siyasət, elm və fəlsəfə fakultəsində ali təhsil alıb. 2013-cü ildə Yel Hüquq məktəbini bitirib və bir müddət vəkil kimi çalışıb. Karyerasını daha sonra Silikon vadisində davam etdirib. O, paralel olaraq iş dünyasına atılıb. Vensin fəaliyyətindəki skandallardan çox, onun çətinliklərlə dolu şəxsi həyatı ictimaiyyətdə diqqət çəkir və bir növ motivasiya hekayəsi kimi qəbul edilir.

C.Vens siyasi karyerasının əvvəlində Donald Trampı heç bəyənməyib. Hətta 2016-cı ildə keçirilən seçkilərdən öncə milyarderi sərt tənqid edib. Trampı “axmaq” adlandırıb. Onu, Adolf Hitlerlə müqayisə edib. Lakin sonradan Donald Trampın sadiq dəstəkçisinə çevrilib. Vensin mövqe dəyişimi ölkədə ciddi müzakirələrə səbəb olub. 2022-ci ildə o, Respublikaçıların və Trampın dəstəyini alaraq senata seçilib. Ceysm Devid Vens Trampın ən radikal hesab edilən qərarlarını belə güclü şəkildə dəstəkləyir.

Yanvar ayında keçirilən andiçmə mərasimindən sonra bəzi erməni ekspertlər Vensin əslən erməni olduğunu iddia etməyə başlayıblar.

Vensin həyat yoldaşı hindistanlı bir mühacir ailənin qızı olan Uşa Çilukuridir. Onların 3 övladı var.


ABŞ Dövlət katibi Mark Rubio

2016 və 2015-ci ildə Respublikaçılar daxilində ABŞ prezidentliyinə namizədliyini irəli sürən Rubio 1971-ci ildə dünyaya gəlib. O, əslən kubalı olan amerikalı siyasətçi, diplomat və vəkildir. Markın valideynləri 1956-cı ildə Fidel Kastronun Kuba inqilabından öncə ABŞ-a mühacirət ediblər. Rubio doğulduğu zaman onun valideynlərinin heç biri ABŞ vətəndaşı olmayıblar, lakin almağa çalışıblar. Bu müddətdə Kastronun hakimiyyəti zamanı bir neçə dəfə Kubaya qayıdıblar. Onun ana babası Qanuni olaraq ABŞ-a mühacirət edir, lakin iş tapmaq üçün bir müddət sonra Kubaya gedir və təkrar Amerikaya qayıtdıqda mühacir kimi həbs olunur. Markın babası ilə münasibəti çox yaxın olub.

Rubio 1990-cı illərdə Qərbi Mayamidə şəhər komissarı vəzifəsində çalışıb. 2000-ci illərdə Florida Nümayəndələr Palatasına seçilib. Bir müddət sonra vəzifədən ayrılıb və universitetdə dərs deməyə başlayıb. O, 2010-cu ildə ABŞ Senatına seçilib. 5 il sonra senat seçkilərinə qatılmaq əvəzinə prezidentliyə namizədliyini irəli sürüb, lakin uğur qazana bilməyib. Nəticədə senata təkrar namizədliyini verib və qalib gəlib. Trampın ilk hakimiyyəti dövründə Ağ Evin Latın Amerikası siyasətində oynadığı rola görə “Latın Amerikası üzrə virtual dövlət katibi” adlandırılıb. Həmçinin Çinlə bağlı konqresdə ən aktiv çıxış edən şəxslərdən hesab olunur. Rəsmi Pekin 2020-ci ildə ona qarşı iki dəfə sanksiya tətbiq edib və Rubionun Çinə girişinə qadağa qoyulub.

M.Rubio ABŞ tarixində ən yüksək rütbəli İspan əsilli amerikalı hesab olunur.

Rubio Azərbaycana qarşı sərt ittihamları ilə tanınan senatorlardan olub. O, ABŞ-dakı erməni lobbisi ilə uzun illərdir daimi əlaqdədir və sıx şəkildə işləyir. Mark həmçinin qondarma “erməni soyqırımı” iddialarının da ən böyük dəstəkçilərindəndir. Amerika Erməni Komitəsi Rubionu senatdakı fəaliyyəti müddətində açıq şəkildə dəstəkləyib.


ABŞ-ın müdafiə naziri Piter Brian Heqset

Milli Qvardiyada xidmət etmiş, mühafizəkar fikirləri ilə bilinən Heqset, 1980-ci ildə anadan olub. Siyasət üzrə ali təhsil alıb, gənc yaşlarında ordunun qəzetində çalışıb. Qvardiyada zabit kimi xidmət edib. O, fəaliyyəti müddətində İraq və Əfqanıstana göndərilib. Ölkəyə qayıtdıqdan sonra fəaliyyətini mətbuatda davam etdirib. “Fox news”un müəlliflərindən olub. 2016-c ildə Donald Trampın prezidentlik yarışında kampaniyasını açıq şəkildə dəstəkləyib. Daha sonra onun müşaviri olub.

Brian 2017-2024-cü illərdə “Fox & Friends Weekend” proqramının aparıcısı olub. Tramp 2024-cü ilə Heqseti yeni hökumətdə müdafiə naziri vəzifəsinə təklif edib. Lakin onun təsdiq olunması üçün bir sıra problemlər ortaya çıxıb. Belə ki, Piter Heqsetin cinsi istismar, maliyyə fırıldaqçılığı kimi bəzi cinayətlərdə adının çəkilməsi əsas göstərilib. Lakin hər şeyə rəğmən vitse-prezident Vensin də səyi ilə Heqset Pentaqon rəhbəri vəzifəsinə təsdiqlənib.

2016-cı ildə Donald Tramp Heqseti veteranlar üzrə katib təyin etsə də, uğursuz qərarlarına görə o, dövrün mətbuatında “səhv idarəçi” kimi təqdim edilib. Piter verilişində səsləndirdiyi siyasi fikirlərə görə də dəfələrlə tənqid edilib və çıxışının yabnlış anlaşıldığını bildirib. O, 2015-ci ildə Nyu-Yorkda Bayraq günü tədbiri zamanı hərbi orkestrdakı nağaraçılardan birini vurub və balta atıb. Həmin şəxsin ciddi xəsarət aldığı, nəticədə Heqsetin məhkəməyə verildiyi bildirilib. Hətta həmin anların videosu internetdə sürətlə yayılıb. O və çalışdığı şirkətin adı həmçinin bir neçə seçki prosesinin saxtalaşdırımasında da çəkilib. Belə bir şəxsin ABŞ-ın müdafiə naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi və təsdiqlənməsi birmənalı qarşılanmayıb.

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see313

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see224

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see192

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see188

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see161

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see132

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see125

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see125

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see124

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri