Tramp və Putin telefon danışığında idmanla bağlı məsələyə də toxundu
Qol.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında dünən baş tutan telefon danışığında idmanla bağlı bir məsələyə də toxunulub.
QOL.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Tramp Putunin Kontinental Hokkey Liqasında (KHL) və Milli Hokkey Liqasında (NHL) çıxış edən rus və amerikalı oyunçular arasında hokkey oyunlarının təşkili təşəbbüsünü dəstəkləyib.
Dövlət başçıları arasında telefon danışığı zamanı səsləndirilmiş bu ideya iki ölkə arasında idman və diplomatik münasibətlərdə mühüm addım ola bilər.
“Donald Tramp, Vladimir Putinin NHL və KHL-də çıxış edən rus və amerikalı oyunçular arasında ABŞ-da və Rusiyada hokkey oyunlarının keçirilməsi təşəbbüsünü dəstəkləyib”
- dövlət başçılarının telefon danışığının yekununa dair Kreml saytından yayılan açıqlamada belə bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Mart 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















