Tramp və Putin yaxında dünyanı bölüşdürəcək Slutski
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Yaxın vaxtlarda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş baş tuta bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.
“Fevral və ya mart - təxmin etməyək, liderlərə ciddi və hərtərəfli hazırlaşmaq fürsəti verək, amma tezliklə olacaq”, - o, görüşlə bağlı sualı cavablandırarkən bildirib.
O qeyd edib ki, Rusiya və ABŞ prezidentləri arasında təmas ehtimalı 100 faizdir:
“Və ümid edirəm ki, bu görüşün bugünkü dünya siyasətinin ən aktual problemləri üçün konstruktiv nəticələri olacaq. Bu, Ukrayna, Yaxın Şərq və ümumiyyətlə, yaxın gələcəkdə dünya siyasəti və beynəlxalq münasibətlər məsələləridir. Əminəm ki, bu, əlamətdar görüş olacaq və nəticəsiz qalmayacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















