Icma.az
close
up
RU
ABŞ nə vaxt istəsə, müharibə dayanacaq: Tramp və Putin dünyanı yenidən bölüşdürəcək

ABŞ nə vaxt istəsə, müharibə dayanacaq: Tramp və Putin dünyanı yenidən bölüşdürəcək

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa İttifaqı nə vaxt prinsipiallıq nümayiş etdirəcək? Avropa İttifaqını gözümüzdə çox böyütməməliyik. Avropa İttifaqı ABŞ qarşısında kimdir? Onun yiyəsi kimdir?"

Bunu Bakıvaxtı.az-a açıqlamasındas politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Fransa və Böyük Britaniyanın strateji hədəfləri tam bəlli deyil. Ona görə də BMT-nin Təhlükəsizlik Şurasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnaməsindən qaçdılar:

"Yaxın günlərdə həm Böyük Britaniya, həm də Fransa Trampın koalisiyasına qoşulacaqlar və Ukraynanın bölünməsində iştirak edəcəklər. Ukraynanın mineral resurslarının əldə edilməsi prosesində iştirak edəcəklər. Faktiki olaraq bu, Ukraynanın təbii sərvətlərinin oğurlanması deməkdir. Qərb dövlətlərinin hamısı bu prosesdə iştirak edəcəklər, Kiyevi də buna vadar edəcəklər”.

Onun sözlərinə görə, Ukrayna prezidenti və xalqı ümid etməsin ki, Qərb onların imdadına çatacaq. Avropa İttifaqının yiyəsi ABŞ-də oturan güclərdir:

“Fakt ondan ibarətdir ki, Vaşinqton olmadan nə NATO var, nə də Avropa İttifaqı var. Məhz ABŞ istədiyi üçün Ukrayna-Rusiya arasında müharibə başladı. İndi ABŞ nə vaxt istəsə, müharibə dayanacaq. Tramp və yaxud başqası olsun, fərq etməz, bu müharibə bitməlidir”.

Zaur Məmmədov: Avropa İttifaqının yiyəsi ABŞ-də oturan güclərdir

Müsahibimiz qeyd edib ki, ABŞ və Rusiya arasında Avropanın və Ukraynanın təhlükəsizliyi məsələsinə baxılacaq. Rusiya ABŞ-yə gizli rəqib deyil, amma Rusiyanın ciddi görkəm alması Ağ Evə sərf edir.

“ABŞ Rusiya ilə MDB dövlətlərini, Qara dənizi və s. daha rahat bölər, nəinki Çinlə. Ona görə də Tramp və Putin dünyanın yenidən bölüşdürülməsində iştirak edəcəklər", - deyə Zaur Məmmədov əlavə edib.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri