Icma.az
close
up
RU
Tramp və Putinin görüşündə bədən dili Kim hansı mesajları VERDİ...

Tramp və Putinin görüşündə bədən dili Kim hansı mesajları VERDİ...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında keçirilmiş dünənki görüş dünya mətbuatının gündəmindən düşmür. Görüş zamanı liderlərin nümayiş etdirdikləri bədən dili də müzakirə olunur. Bədən dili tərəflərdən kimin üstün olduğunu, vəziyyətə nəzarət etdiyini, eləcə də məyus olduğunu göstərir. 

Dünənki görüşdə dünyanın ən böyük nüvə gücünə malik iki dövlətinin liderinin bədən dili nə deyirdi? Hansı prezident üstünlüyü ələ ala bilmişdi?

Britaniyalı psixoloq və bədən dili üzrə mütəxəssis, Oksford universitetinin professoru Piter Kollett Alyaskada keçirilən Tramp–Putin sammitini təhlil edərkən deyib ki, hava limanındakı salamlaşma və ilk kadrlar dostluq və yaxınlıq ab-havası yaradıb. Finalda - görüşün sonunda isə Trampın "bədən dili" dəyişib – onun jestləri “gizlədilən uğursuzluq” əlamətini biruzə verib.

Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünürlər?

Modern.az saytı bu sualı Azərbaycan Psixologiya Akademiyasına ünvanlayıb.

Psixologiya Akademiyasından saytımıza bildirilib ki, Trampın Putin ona çatmamış gülümsəməsi və alqışlaması onun görüşün əvvəlində rahat olduğuna işarədir:

“Putin çatmamış Tramp gülümsəyir və onu alqışlayır. Bu, Trampın rahat olduğunu, gərgin olmadığını göstərir. Putin öyrəşilmiş soyuq ifadəsindən uzaq reaksiya verdi. Trampda bədən dili emosiyaları həmişəki "nəzarətdə saxlayıram" mesajını verən Putinə nisbətən daha qabarıq görünürdü. Salamlaşdıqları zaman Tramp ovucu yuxarıya baxar şəkildə əlini uzadır. Xüsusi bir dominantlıq mesajı vermir. Amma daha sonra məşhur davranış şəkli ilə üstünlük mesajını verməyə çalışır, onu dartır. Lakin Putinin Trampın dirsəyinə toxunuşu cavab mahiyyətində olur, öz üstünlüyünü əldən verməməyə çalışır. Dirsək toxunuşlarının qısa, təkrarlanan formada olması daha çox "nəzarət edirəm" mesajını verir. Bu "üstünlük savaşı" çox davam etmir, qarşılıqlı səmimi söhbət "savaşı" unutdurur. Ən sonda Putin Trampa əlini üstə qoyaraq üstünlük mesajını verir.

Eyni davranış yuxardakı şəkildə də özünü göstərir. Səmimi söhbətdə sağollaşmaq üçün ilk əlini uzadan Putin olur. Amma son toxunuşu yenə Tramp etməyə çalışır. Buna baxmayaraq, həm Tramp həmişəki üstünlük göstərişindən uzaq idi, həm də Putin həmişəki soyuq obrazda idi”.

Burada sual verilərkən Putinin narahat olduğu aşkar hiss olunur. Sol əlinin barmaqlarını ovucuna sürtür, yerində sallanır. Sanki bədən dili ilə "tez olaq, buradan gedək" deyir. "Eşitmirəm" reaksiyası da səmimi deyil. Daha sonra ağzını büzür. Amma ümumilikdə hər iki prezident gülüşlərində əksər hallarda səmimi idilər. Göz qıraqlarında qazayaqları büküşləri yaranırdı".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2025 04:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri