Tramp Venesuela ilə razılığa gəlməkdən qəsdən imtina etməkdə ittiham olunur
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
"ABŞ prezidenti Donald Tramp Venesuela ilə diplomatik razılaşma əldə etmək cəhdlərindən imtina edib. Bu isə narkotik alverçilərinə və prezident Nikolas Maduronun hökumətinə qarşı mümkün hərbi əməliyyatların eskalasiyası üçün yol açıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə The New York Times (NYT) amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb..
Nəşrin qeyd etdiyinə görə, prezidentin xüsusi nümayəndəsi və Kennedi Mərkəzinin icraçı direktoru Riçard Qrenell Maduro və Venesuelanın digər yüksəkvəzifəli rəsmiləri ilə danışıqlar aparırdı. Lakin oktyabrın 2-də yüksəkrütbəli hərbçilərlə görüş zamanı Tramp Qrenellə zəng edərək Maduronu da əhatə edən bütün diplomatik əlaqələrin dərhal dayandırılmasını tələb edib.
Bildirilib ki, Ağ Evin rəhbəri Maduronun ABŞ-nin hakimiyyətdən könüllü şəkildə imtina tələblərini yerinə yetirmək istəməməsindən və Venesuela rəsmilərinin narkotik alverinə aidiyyəti olmadığını iddia etməyə davam etmələrindən narazı qalıb.
Amerikalı rəsmilər bildiriblər ki, Tramp administrasiyası bir neçə hərbi eskalasiya planı hazırlayıb. Bu əməliyyatlar Maduronun hakimiyyətdən uzaqlaşdırılması planlarını da əhatə edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















