“Tramp Xameneidən cavab gözləyir” Atəşkəs nə qədər çəkəcək?
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasını elan etsə də, konkret vaxt göstərməyib. Məqsəd diplomatiyaya daha bir şans verməkdir və bu, cəmi bir neçə gün çəkə bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadla yazıb ki, bu qərarın səbəblərindən biri Trampın, eləcə də Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir.
Nəşrə danışan İsrail mənbələri isə atəşkəsin sonsuza qədər davam etməyəcəyini və Trampın Xameneidən çərşənbə günü cavab gözlədiyini iddia edib: "Tramp iranlılara işlərini yoluna qoymaq üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır, lakin sonsuz atəşkəs olmayacaq".
ABŞ-dakı mənbələr isə Trampın İranla savaşı sonlandırmaq üçün bəhanə axtardığı və atəşkəsi qeyri-müəyyən vaxta qədər uzadacağını bildirirlər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 22 Aprel 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















