Tramp: Yaponiya və Cənubi Koreya ilə ticarət müqavilələri bağlamağa yaxınıq
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ yaxın vaxtlarda Yaponiya və Cənubi Koreya da daxil olmaqla Asiyadakı bir sıra tərəfdaşları ilə ya ticarət müqavilələri bağlayacaq, ya da bağlamağa yaxın olacaq.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində açıqlayıb.
"Cənub-Şərqi Asiya Amerikanın ən vacib müttəfiqlərindən və tərəfdaşlarından biridir. Bütün dünya sizə bərabərdir. Mən burada dostluq və xoşməramlılıq missiyası ilə, əlaqələrimizi, ticarətimizi dərinləşdirmək və təhlükəsizliyimizi gücləndirmək üçün gəlmişəm", - ABŞ lideri əlavə edib.
"Bu həftə Malayziya ilə müqaviləyə əlavə olaraq, Kambocadan Yaponiyaya və Cənubi Koreyaya qədər Hind-Sakit Okean bölgəsindəki bir çox digər tərəfdaşlarımızla ticarət müqavilələri imzaladığımıza və ya yaxınlaşdığımıza görə məmnunuq", - Tramp əlavə edib. O, qeyd edib ki, Vaşinqton enerji, texnologiya, süni intellekt, vacib minerallar və digər sənaye sektorlarında əməkdaşlığı inkişaf etdirmək istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















