Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Tramp yolu bütün bağlı qapıları açacaq ŞƏRH

Tramp yolu bütün bağlı qapıları açacaq ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqtonda imzalanan bəyannamə Cənubi Qafqazın gələcəyini dəyişdirəcək


Bundan sonrakı mərhələdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına şahidlik edəcəyimizə əminliklə baxa bilərik


“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda  görüşü tarixi hadisədir. Həm ikitərəfli, həm də üçtərəfli formatda təşkil olunan bu görüşlər 5 ilə yaxın davam edən sülh prosesində ən yaddaqalan, uğurlu proses hesab olunur”.


Bu sözləri “Sherg.az”a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib. 


Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən ötən bu müddət ərzində Azərbaycan Ermənistanı sülhəməcburetmə prosesini böyük uğurla həyata keçirib: 

“Azərbaycan sərt və prinsipial diplomatiya, həmçinin səmərəli danışıqlar yolu ilə Ermənistanla sülh məsələsini ciddi şəkildə irəlilədib ki, günün birində 17 maddədən ibarət Sülh sazişi mətninin paraflanmasına nail olaq. Bizim məqsədimiz yalnız münaqişəni dayandırmaq yox, həm də regionda davamlı və dayanıqlı sülhün təmin edilməsidir. Bu prosesin əldə etdiyi nəticələr ölkəmizin strateji diplomatiyasının və milli maraqlarımızın qorunmasının bariz nümunəsidir. Və nəhayət, bu mətnin Ağ Evdə paraflanması Azərbaycan dövlətinin, şəxsən İlham Əliyevin siyasi və diplomatik uğuru idi. Bu, yalnız rəsmi sənədin hazırlanması deyil, eyni zamanda, uzun illər davam edən gərginlik və qarşıdurmalardan sonra etimadın bərpası, həmçinin regionda sülhün möhkəmləndirilməsi baxımından tarixi bir addımdır.Azərbaycanın yürütdüyü bu diplomatik xətt ölkənin regional liderliyini, məsuliyyətli siyasətini və sülhə verdiyi önəmi bir daha göstərir. Eyni zamanda, bu proses göstərir ki, güclü dövlət strategiyası və məqsədyönlü diplomatiya nəticəsində mürəkkəb və həssas məsələlər belə uğurla həll oluna bilər”.


Xəyal Bəşirov bildirib ki, Azərbaycan Prezidentinin Ağ Evdə, xüsusilə Donald Tramp tərəfindən yüksək səviyyədə qarşılanması, ona göstərilən xüsusi diqqət, eyni zamanda sülh prosesinə olan ciddi münasibət, Cənubi Qafqazın, xüsusən də Azərbaycanın ABŞ üçün strateji baxımdan nə qədər önəmli olduğunu bir daha təsdiqləyib: 

“Amerika Birləşmiş Ştatları onsuz da de-fakto mövcud olan sülh prosesinə dəstək verdiyini açıq şəkildə nümayiş etdirdi. Bütün bu hadisələr Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını və regionda formalaşan yeni reallıqların qəbul edildiyini göstərir. Bu, eyni zamanda Azərbaycanın diplomatik uğurlarının və regiondakı rolunun beynəlxalq səviyyədə tanındığının bariz nümunəsidir. Nəticə etibarilə, baş verənlər ABŞ-Azərbaycan münasibətlərində yeni, uğurlu və perspektivli bir mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazda sülh, sabitlik və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində tarixi dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Azərbaycan müstəqillik əldə etdikdən sonra enerji və regional təhlükəsizlik sahəsində Amerika ilə əməkdaşlığa hər zaman maraq göstərib. Bu əməkdaşlıq çərçivəsində ABŞ-nin əvvəlki rəhbərliyinin, Demokratlar Partiyasının mənfi mirası olan “Azadlığa Dəstək Aktı”na əsaslanan 907-ci düzəlişi ləğv etməsi də xüsusi əhəmiyyət daşıyır. Bu addım iki ölkə arasındakı münasibətləri möhkəmləndirən, qarşılıqlı etimadı artıran mühüm diplomatik hadisə kimi qiymətləndirilməlidir”. 

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. 

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb:

"“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (Tramp yolu) adlandırılmasından asılı olmayaraq, Azərbaycan üçün əsas məsələ bu layihənin mahiyyəti və məzmununun dəyişdirilmədən həyata keçirilməsidir. Bizim üçün vacib olan Zəngəzur dəhlizinin istifadəyə verilməsi, yəni Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və dayanıqlı əlaqənin təmin edilməsidir. Bu, yalnız nəqliyyat-logistika məsələsi deyil, həm də Azərbaycanın regionda strateji mövqeyini gücləndirən, iqtisadi və geosiyasi əhəmiyyətə malik bir addımdır.

ABŞ bu platformaya daha qlobal yanaşaraq, onu Orta Dəhlizin tərkib hissəsi kimi qiymətləndirə bilər. Faktiki olaraq dəhlizin açılması Asiya ilə Avropanı birləşdirən yeni iqtisadi və nəqliyyat koridorunun formalaşmasına xidmət edir və bu, həm Azərbaycana, həm Ermənistana, həm də digər region dövlətlərinə mühüm iqtisadi dividendlər və böyük sərmayələr gətirəcək real bir faktordur. Bu layihə həm də regionda etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə, sərhədlərarası nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə zəmin yaradır. Beləliklə, bundan sonrakı mərhələdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına şahidlik edəcəyimizə əminliklə baxa bilərik. Bu dəhlizin açılması yalnız iqtisadi faydalar deyil, həm də regional inteqrasiyanın, qarşılıqlı anlaşmanın və davamlı sülhün təmin edilməsinə xidmət edən strateji bir addımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri