Icma.az
close
up
RU
Tramp yolu Sülh yolu

Tramp yolu Sülh yolu

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Avqustun 9-u saat 10 radələrində Bakı şəhərinin mərkəzi küçələrindən keçərək qədim İçərişəhərə doğru addımlayırdım. Ənənəyə görə, yay aylarında həftəsonları şəhər sakinləri bağlarda və ya Xəzər dənizinin sahilindəki çimərliklərdə dincəlməyə üstünlük verirlər. Yəqin, elə ona görə də paytaxtın mərkəzi hissələrində daha çox əcnəbi turistlər gözə dəyir.

Uzaq məsafələr qət edərək Bakıya gələn bu insanlar Azərbaycan xalqının tarixi minillərə söykənən mədəniyyəti, bugünkü həyat tərzi, multikultural dəyərləri ilə tanış olmaq imkanı qazanırlar. Mənim isə fikrim daha uzaqlarda, okeanın o tayında baş verən hadisədə idi. Bütün gecəni Vaşinqtonda keçirilən görüşü izləmişdim. Ötən gecə Bakının həm köhnə tikililərində, həm də modern üslubunda inşa edilmiş binalarındakı mənzillərdə, yəqin ki, işıqlar səhərə qədər yanırmış. Həmvətənlərim üçün uzaq ABŞ-də, Vaşinqtondakı Ağ Evdə danışıqların nəticəsi çox önəmli idi. Düşünürəm ki, o gecə təkcə Azərbaycanın yox, bütün dünyanın diqqəti televiziya vasitəsilə canlı yayımlanan Ağ Evdəki görüşə fokuslanmışdı.

2020-ci ildə birləşərək dəmir yumruğa dönməyi bacaran xalqımız növbəti, bu dəfə diplomatik ​qələbənin gətirəcəyi sevinci həyəcanla gözləməkdə idi. ​Qarabağın azadlığı uğrunda savaşın qalib sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən, təmkinli siyasətinin bu dəfə danışıqlar masasında qalib gələcəyini böyük bir inamla izləməkdə idi.

Şuşa, Xankəndi zəfərinin sevincini yaşamış Azərbaycan qalib Prezidentin Vaşinqtonda bu missiyanı necə əzmlə davam etdirdiyinin şahidi oldu. Həmin gecə Ağ Evdə razılaşdırılan tarixi sənədin sonunda çəkilən imza, sadəcə, bir imza deyil, yürüdülən cəsarətli, müdrik siyasətin davamlı olmasının nişanəsi idi. Dünya siyasətində öz haqq işi uğrunda döyüşən və sonda qalib gələn Azərbaycanın, onun Ali Baş Komandanının dönməz mövqeyinin göstəricisi idi.

Əlbəttə, bu tarixi görüşü təşkil etdiyinə, tərəfləri bir araya gətirməyi bacardığına görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ən xoş sözlərə layiqdir. Xaraktercə ekstravaqant görünən Tramp bu sülhsevər mövqeyini gerçəkləşdirmək üçün altı ay davamlı səy göstərmiş, addımını sona qədər müdafiə etməyi bacarmışdı. 30 ildən çox davam edən münaqişəni başa çatdırmaq, tərəfləri bir araya gətirmək və barışın davamlı olması üçün sənədə qol çəkdirmək asan məsələ deyildi. Trampa qədər bunu heç kim bacarmamışdı.

Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin davam etdiyi müddətdə, eləcə də 44 günlük Vətən savaşından sonra müxtəlif beynəlxalq təşkilatlar, onların rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirməyə, müzakirə aparmağa nail olmuşdu. Lakin həmin çoxsaylı görüşlər davamlı sülhə nail olmaq üçün yetərli deyildi. Sözdən əmələ keçən Donald Tramp bu ağır missiyanı uğurla başa çatdırdı, siyasi iradəsi ilə bütün dünyaya nümunə göstərdi.

Qısa bir zamanda - cəmi altı ay ərzində tarixi sənədin hazırlanmasında ABŞ prezidentinin Şərq ölkələri üzrə nümayəndəsi Stiv Uitkoffun mükəmməl diplomatik bacarığı mühüm rol oynadı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdəki çıxışı zamanı cənab Uitkoffun adını xüsusi vurğuladı, rəsmi görüş bitincə isə amerikalı diplomatla səmimi şəkildə görüşdü.

ABŞ Prezidenti Trampın Ağ Evdə səmimi mühitdə Azərbaycanın dövlət başçısı İlham Əliyevi mehriban qarşılaması, ünvanına xoş sözlər deməsi, düşünürəm, ölkəmizin hər bir vicdanlı vətəndaşını qürurlandırdı. Çünki müdrik, dünya arenasında mövqeyə və hörmətə malik prezidentlə təmsil olunmaq hər bir azərbaycanlının sevincinə səbəb olur.

Donald Trampla İlham Əliyevin Ağ Evdə apardıqları rəsmi danışıqların səmimi, qarşılıqlı hörmətə söykənən münasibətlər fonunda davam etməsi dövlət başçılarının arasında yaranan səmimiyyətdən irəli gəldi. Trampın İlham Əliyevin nəvələri üçün hədiyyələr verməsi onun ailə dəyərlərinə, Şərq adət-ənənələrinə hörmətinin təzahürüdür. Dünyagörüşü ilə seçilən alicənab D.Tramp Ağ Evdə qonaqpərvər qafqazlılara xas olan rahat mühitin yaranmasını da nəzərə almışdı.

Dünyanın söz sahibi sayılan dövlətinin prezidentinin iş otağında, həm də əyləşdikləri prezident masasında otuz üç il öncə Azərbaycana qarşı tətbiq olunan ədalətsiz "Azadlığa dəstək aktı"na 907-ci düzəlişin dayandırılması ilə bağlı imza atıldı. Eyni zamanda, ATƏT-in Minsk qrupunun əhəmiyyətsizliyi tarixin gedər-gəlməzinə göndərildi. İlham Əliyevin təbirincə desək, bu məsələyə də nida işarəsi qoyuldu. Dövlət rəhbərləri öz tarixi imzaları ilə həm də ədalətin bərqərar olmasını isbatladılar!

Donald Trampın o tarixi gündə göy rəngli qalstuk taxması diqqətimdən yayınmadı. Göy rəngin türkçülüyü ifadə edən rəng olması da bir rəmzdir. Məhz bu üçtərəfli görüşlərin qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi səyləri nəticəsində ərsəyə gəlməsi hamımıza bəllidir. Daim Azərbaycanın yanında olan Türkiyənin tədbirli olması həm də güvəncimizdir. Türkiyə Respublikasının siyasi elitasının istər Azərbaycanda, istər Ermənistanda, istər Suriyada sülhə nail olunması üçün atdığı addımlar bəhrəsini verməkdədir.

Qazi Mustafa Kamal Atatürkün gərgin geosiyasi situasiyada Türkiyə Cümhuriyyətini demokratik prinsiplər əsasında qurması bu gün də bir çox ölkələrə nümunədir. Məhz bu nümunəyə inanan Ermənistan dövləti Azərbaycanla Türkiyə arasında sıxılmış bolta bənzəməkdənsə, azad, demokratik qonşularla sülh şəraitində yaşamağı seçdiyini Vaşinqtonda atılan imza ilə təsdiqlədi.

Bakı vaxtı ilə 2025-ci il avqustun 9-da ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin Birgə Bəyannaməyə imza atmaları Cənubi Qafqazda xalqların dostluq, mehribanlıq və rifah içində yaşamalarına zəmanətdir. Çünki XXI əsr, əslində, gözləntilərimizin tərsinə işləyərək daha çox, müharibə və münaqişələrlə yadda qalıb.

Düşünürəm ki, Donald Tramp insani dəyərləri siyasi dəyərlərdən üstün tutmaqla həm də sülhsevərliyini isbat edir. Onun sülh siyasətində digər ölkələrlə də uğurlu əməkdaşlığı Amerika xalqının onu yenidən prezident seçməsinə və Nobel Sülh mükafatına layiq görülməsinə səbəb olacaq.

Qanlı savaşların dayandırılmasına, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına əsas verən sənədin Vaşinqtonda paraflanması dünyanın diqqət mərkəzindədir və bu gün də müzakirə edilir.

Azərbaycan Respublikası Prezidentinin imzasından dərhal sonra Türkiyə, Özbəkistan, Pakistan, Qazaxıstan, İsrail, Gürcüstan, Estoniya, Polşa, Qətər, Moldova və digər dövlətlər öz təbriklərini ünvanlayıblar. Əlbəttə, İlham Əliyevin mühüm sənədə atdığı imzası həm də barometr rolunu oynayaraq qısqanc ölkələrin münasibətlərini bir daha ortaya qoydu. Xarici ölkələrdəki müxalif media isə mat vəziyyətinə düşdü.

Beynəlxalq medianın manşetinə çevrilən hadisə bir tarixi zəfər kimi əsrlər boyu yaddaşlardan silinməyəcək. Azərbaycan Prezidentinin 2020-ci ilin noyabrında "Dəmir yumruğu", 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün tam təmin olunması və 2025-ci ilin 8 avqustundakı möhtəşəm zəfəri tarixin unudulmaz səhifələri oldu. 2020-ci ildə 44 günlük savaşın uğuru bir çox ölkələrin hərbi təlimlərində və dərsliklərində öyrənilirsə, ümumiyyətcə, yuxarıda sadaladığım tarixi hadisə alimlərin və tədqiqatçıların daim istinad etdikləri mənbə sayıla bilər.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ağıllı, təmkinli və uzaqgörən siyasətin bəhrəsi məhz 2025-ci ilin avqust ayında çiçəkləndi. Ümummilli lider Heydər Əliyevin düşünülmüş uzaqgörən siyasətini məharətlə yekunlaşdıran İlham Əliyev atasının arzularını gerçəkləşdirdi.

Professor Çingiz Abdullayev,

Alman-Azərbaycan Cəmiyyətinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Avqust 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see214

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see210

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see149

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see148

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see146

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see142

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see141

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see141

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see137

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see137

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see135

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see123

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri