Icma.az
close
up
RU
“Tramp yolu”nun iqtisadi əhəmiyyəti 1 trilyon dollarlıq dövriyyə

“Tramp yolu”nun iqtisadi əhəmiyyəti 1 trilyon dollarlıq dövriyyə

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu bir iqtisadi layihədir və Avropadan şərqə daşımalarda əhəmiyyətli bir maliyyə qazancı var. Təkcə Avropa ilə Çin arasındakı iqtisadi dövriyyə 1 trilyon dollara yaxındır. Bu dövriyyənin Azərbaycan, konkret olaraq, Orta dəhliz vasitəsi ilə həyata keçməsi çox böyük bir iqtisadi səmərə deməkdir”.

Avtosfer.az xəbər verir ki, bu sözləri "Yenisabah"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O, bildirib ki, Vaşinqton danışıqlarında əldə edilmiş razılaşmaların həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi əhəmiyyəti böyükdür:

“Azərbaycan dünya iqtisadiyyatına yeni baxış, yeni layihə təqdim etdi. Bu, Orta dəhliz üzərindən Azərbaycanın çox mühüm coğrafiyaya malik olması, onu iqtisadi səmərəyə çevirməsinə səbəb oldu. Məlumdur ki, şərqlə qərb arasında Azərbaycanın coğrafi mövqeyi özlüyündə iqtisadi mahiyyətə gətirib çıxarır.

Birinci mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolunun açılması, daha sonra isə Xəzər dənizindən yük daşımalarının reallaşması, ümumilikdə “Bir kəmər bir yol” qlobal layihəsinin tərkib hissəsi olan Orta dəhlizin reallaşmasını təmin etmiş oldu. Bunun böyük bir iqtisadi mahiyyət kəsb etməsi üçün ən səmərəli marşurtlardan biri də Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyə üzərindən Avropaya çıxışdır. Mən hesab edirəm ki, dünənki görüşdən sonra bu məsələ də özünün tam həllini tapacaq. Birinci növbədə, Azərbaycanın quru yolla Naxçıvanla əlaqəni bərpa etməsi bizim tarixi haqqımız, ədalətli tələbimizdir. Ermənistan üçün isə kommunikasiyaların açılması bir növ iqtisadi nəfəslikdir”. 

Millət vəkili diqqətə çatdırıb ki, Orta dəhlizin ən əsas hissəsi elə məhz “Tramp yolu”dur:

“Bu gün Çinin istifadə etdiyi əsas ticarət marşurtları okean və Şimal dəhlizidir. Okeanla yüklərin daşınması həm riskli olur, həm də baha başa gəlir. Yəni bu daşınma prosesi 60-65 günə həyata keçirilir. Orta dəhliz vasitəsi ilə yüklərin daşınması isə ən gec 16-17 günə başa gəlir. Biz hər iki yolu müqayisə etsək, Orta dəhlizin iqtisadi səmərəsi konkret aydın olur. Bu dövriyyənin Azərbaycan, konkret olaraq, Orta dəhliz vasitəsi ilə həyata keçməsi çox böyük bir iqtisadi səmərə deməkdir. Bunun əsas kilid hissəsi isə Zəngəzur dəhlizi yaxud yeni adı ilə “Tramp yolu”dur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Avqust 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri