Tramp Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
NATO-nun baş katibi Mark Rütte avqustun 18-də Ağ Ev rəhbəri Donald Trampla keçiriləcək danışıqlarda Vladimir Zelenskiyə dəstək olmaq üçün ABŞ-a səfər edə bilər.
“Report” xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Avropa liderləri Zelenskinin fevralın 28-də Oval kabinetdə Trampla fəlakətli ilk görüşünün təkrarlanmasından qorxurlar. Odur ki, Nəşrin məlumatına görə, Trampla yaxın münasibətdə olan Rütte Ukraynaya dəstək üçün avqustun 18-də Vaşinqtona gedə bilər.
“Politico” daha əvvəl bildirib ki, avropalılar Finlandiya prezidenti Aleksandr Stubbı Zelenski ilə Tramp arasında görüş üçün ABŞ-a göndərmək istəyirlər.
“İl Fatto Quotidiano” qəzeti də bildirib ki, İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də baş tutacaq görüş üçün Vaşinqtona gedə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 17 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















