Icma.az
close
up
RU
Tramp Zelenski görüşündə qarşılıqlı ittihamlar, söz davası Ukrayna liderinin reytinq mübarizəsi

Tramp Zelenski görüşündə qarşılıqlı ittihamlar, söz davası Ukrayna liderinin reytinq mübarizəsi

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında fevralın sonuncu günü yaşananlar dünya diplomatiya tarixinə ən qalmaqallı görüş kimi düşdü.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 50-yə yaxın jurnalistin qarşısında 15 dəqiqədən bir qədər artıq çəkən danışıqlar və liderlərin gərgin polemikası sözsüz ki, hələ xeyli müzakirə mövzusu olacaq. 

Fikirlər təbii ki, fərqlidir. Bir qisim Zelenskiyə haqq qazandırsa da, əksəriyyət fərqli mövqedədir. Düzdür, Zelenski ölkəsinin haqlı mövqeyini ortaya qoydu. Lakin hansı formada – daha çox aqressiv və siyasətçiyə yaraşmayan tərzdə. Elə bu səbəbdən də çoxları bu qənaətə gəlib ki, Ukrayna lideri aşağılanmış vəziyyətə salındı və prezidentdən çox, şoumen, populist təsiri bağışladı. Düzdür, Zelenskinin vəziyyəti başadüşüləndir, ölkə müharibə nəticəsində ağır duruma salınıb. Lakin məsələ ondadır ki, Zelenski hisslərə qapılmamalı, özünü prezident kimi aparmalı idi. Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində Zelenskinin danışıqların fiaskosuna görə üzr istəməli olduğunu deyib. 

Bəs, əslində Zelenski bu danışıqlarda nə etməi idi? Şübhəsiz ki, ABŞ kimi fövqəldövlətin liderindən kömək və dəstək istəməli olduğu halda, çıxışını daha çox ittiham üzərində qurdu. Ən böyük səhvi də məhz bu oldu. Məsələn, indiki ABŞ liderindən tələb edir ki, ona təhlükəsizlik təminatı verilsin. Sual olunur, axı niyə bu tələbi əvvəlki ABŞ lideri Cozef Baydendən istəmədin? Axı səni müharibəyə sürükləyənlər arasında Bayden hakimiyyəti də olub. Son üç ildə niyə bunu Baydendən istəmirdin? Buna imkanın da olub. Məsələn, 2023-cü ilin dekabrında, NATO-nun Vilnüs sammiti çərçivəsində Zelenski və Bayden arasında görüş oldu. Həmin görüşdə Zelenski ondan bu təminatı istəyə bilərdi.  

Bundan əlavə, Zelenskinin davranışları da ciddi təsir bağışlamadı. Əslində, o çıxışını Bayden hakimiyyətinin tənqidi üzərində qura bilərdi. Bunu etmək əvəzinə çıxışlarını Trampın tənqidi üzərində qurdu. Nəticədə, özü haqqında ABŞ-də çox pis rəy buraxmış oldu. 

Yeri gəlmişkən, Zelenskinin ən ciddi səhvi həm də bu oldu ki, onun Amerikanı nədə ittiham etdiyi dəqiq bilinmədi. Bəli, Ukrayna bu gün işğala məruz qalan dövlətdir, ərazisinin böyük bir hissəsi işğal altındadır, yüz minlərlə vətəndaşı həlak olub, şəhərlər dağıdılıb, yerlə-yeksan olub. Bunun təqsirkarı Rusiya və onun işğal siyasəti olsa da, hər halda, məsələnin digər tərəfi də var.

Günah həm də Kiyev hakimiyyətini bu müharibəyə cəlb edən Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatlardadır. Söhbət xüsusən də əvvəlki hakimiyyətdən, konkret olaraq, Cozef Baydendən və onun komandasından gedir. Ukraynanı Rusiya ilə müharibəyə sövq edən əvvəlki hakimiyyətin vədlərinə uyuldu və nəticə də göz önündədir. Nə Ukraynaya vəd edilən silahlar çatdırıldı, nə də digər məsələlər - NATO-ya və Avropa İttifaqına üzvlük reallaşdı. Sadəcə vədlər verildi. 

Ukraynanı müharibəyə sürükləyən Baydenin söylədiyi fikri yada salsaq, yerinə düşər. Məsələn, prezidentliyinin son dönəmlərində bildirmişdi ki, Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil. Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını demişdi. Hətta bildirmişdi ki, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivi ilə bağlı fikir ayrılığına malikdirlər. 

Zelenskinin Baydeni tənqid etməməsinin səbəbi ola bilsin, onun oğlu Hanter Baydenin Kiyevdə biznes şəraiti yaratmasıdır. H.Bayden və onun biznes tərəfdaşları üçün Ukraynada əla şərait yaradılıb. Tramp birinci prezidentliyi dövründə Ukrayna prezidentinə Co Baydenlə əlaqədar korrupsiya halını araşdırmağa kömək etməklə bağlı çağırış etdi. Trampın şəxsi vəkili Rudi Culiani də Ukrayna rəsmilərini Baydenlə bağlı təhqiqat aparmağa çağırdı. Amma istənilən nəticə olmadı. Xatırladaq ki, Hanter Bayden 2014-cü ildə "Burisma" holdinqin idarə heyətinin üzvü elan edilib. 

Ukrayna ilə bağlı yaşananlar şübhəsiz ki, çoxları üçün dərs olacaq. Qərb və onun strukturları isə uzun illər hər vəchlə buna çalışdılar. Qərb konkret olaraq postsovet məkanında Azərbaycan, Gürcüstan və Moldovaya qarşı bu cür planı həyata keçirməyə çalışdı. Lakin Azərbaycan bu oyuna getmədi, öz milli mənafeyini hər şeydən üstün tutdu. 

Əminliklə deyə bilərik ki, əksəriyyət Ukraynanın timsalında çox məsələyə şahid oldu. Ən əsası, onu müharibəyə təhrik edənlərin kənarda durub necə müşahidə etdiklərini gördülər. Artıq Gürcüstan da Ukraynada baş verənlərdən nəticə çıxarmağa başlayıb. Tbilisi hakimiyyəti Saakaşvili xətti deyil, çoxvektorlu siyasətə üstünük verir. Şübhəsiz ki, Gürcüstan hakimiyyəti Ukraynanın acı təcrübəsi deyil, Azərbaycanın nümunəsindən yararlanmağa üstünlük verib.

Azərbaycan torpaqları uzun illər işğal altında oldu, ölkə heç zaman bununla barışmayacağını bəyan etdi. İlk gündən torpaqların sülh və danışıqlar yolu ilə həllinə üstünlük verdiyini bəyan etdi. Prezident İlham Əliyev də bütün beynəlxalq tribunalardan münaqişənin sülh yolu ilə həllinə çalışıldığını dilə gətirdi. Əksəriyyət də müharibə başlayan ərəfədə Azərbaycanın mübarizəsinin haqq işi olduğu bildirdilər. Fransa istisna olmaqla, digər dövlətlər Azərbaycana qarşı hər hansı bir sərt bəyanat səsləndirmədilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşdü. Azərbaycan 2023-cü ilin sentyabrında suverenliyini bərpa etməyə müvəffəq oldu. 

Son olaraq sadəcə onu deyə bilərik ki, Zelensinin qalmaqallı səfəri haqlı ola-ola haqsız vəziyyətə necə düşə bilməyi göstərdi. Təəssüf ki, Ukrayna lideri bu mövqeni gücləndirmək üçün əlindən gələni edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Mart 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri