Icma.az
close
up
RU
TRAMP ZELENSKİ İLƏ GÖRÜŞDƏ ÖZÜNDƏN ÇIXIB... “Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib”

TRAMP ZELENSKİ İLƏ GÖRÜŞDƏ ÖZÜNDƏN ÇIXIB... “Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vladimir Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul edən ABŞ Prezidenti Donald Trampın Ukrayna başçısı ilə söhbəti kifayət qədər gərgin alınıb.

İngiltərənin "Financial Times" qəzeti, Tramp ilə Zelenski arasında Ağ Evdə baş tutan görüşdəki söhbətin bəzi detallarını açıqlayıb.  

"AzPolitika" xəbər verir ki, nəşrin Avropadakı diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tramp görüş zamanı əsəbiləşərək masadakı xəritələri stoldan atıb və nalayiq ifadələr işlədib,  Zelenskiyə qarşı da aqressiv davranıb.

Mənbələrin bildirdiyinə görə, Zelenski görüşə Ukraynadakı cəbhə xəttini göstərən hərbi xəritələrlə gəlib. 

Lakin Tramp sənədləri gördükdə onları masadan ataraq belə deyib: “Bu xəritəyə təkrar-təkrar baxmaqdan bezmişəm.”.

Tramp daha sonra əlavə edib ki, “bu qırmızı xəttin harada olduğunu bilmirəm, orada heç vaxt olmamışam".

"Financial Times" yazır ki, Tramp bu zaman Putinin ritorikasına bənzər fikirlər səsləndirib və görüşün çox hissəsini məsləhət vermək tonunda keçirdib.

Nəşrin məlumatına əsasən, Tramp Putinin müharibəni təsvir etmək üçün istifadə etdiyi terminləri də təkrarlayıb və Zelenskiyə belə deyib:“Bu bir müharibə deyil, xüsusi əməliyyatdır. Əgər razılaşma əldə etməsən, ölkən məhv olacaq".

Hətta Trampın Donbas bölgəsinin tamamilə Rusiyaya verilməsini təklif etdiyi də iddia olunur. 

Nəşrin məlumatına görə, iki lider arasında dialoq dəfələrlə gərginləşib. Trampın tez-tez nalayiq ifadələr işlədib. Zelenskinin isə Putinə etibar etməyin mümkünsüzlüyünü vurğuladığı bildirilib.

Görüşdən sonra açıqlama verən Zelenski, Trampın sülh çağırışına ehtiyatla yanaşdığını bildirib.

“Reuters”-in məlumatına görə isə  Donald Tramp Ağ Evdə Zelenski ilə danışıqlar zamanı təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsi ideyasını irəli sürüb.

“Tramp hər iki tərəf üçün təhlükəsizlik təminatlarından danışıb və bu, ukraynalıları çaşdırıb”, - agentliyin mənbələri bildirib.

“Reuters” də təsdiqləyir ki, danışıqlar zamanı Tramp Zelenskini müharibəni dayandırmaq üçün Rusiyaya ərazi güzəştinə getməyə çağırıb.


“Politico” nəşri isə yazır ki, ABŞ Prezidenti sonda ukraynalı həmkarına müharibənin hazırkı cəbhə xəttində dayandırılmasını təklif edib. Zelenski isə bundan öncə Ukraynanın Rusiyanın hələ işğal etmədiyi ərazilərdən imtina etməsi tələbi ilə razılaşmayıb. “Nəhayət, Tramp görüşü “Yaxşı, indiki cəbhə xəttində buna son qoymağa çalışaq” deyərək yekunlaşdırdı”, – mənbə bildirib.

Xatırladaq ki, Tramp və Putin yaxın iki həftə ərzində Budapeştdə növbəti təkbətək görüş keçirmək barədə razılığa gəliblər. Qərb mediası bu dəfə də Alyaska ssenarisinin təkrarlanmasından - Putinin vaxt udmasından və Trampı “barmağına dolamasaından” ehtiyat edirlər.

Eyni zamanda, iddia olunur ki, Putin Donbasın qalan hissəsinin Rusiyaya verilməsi müqabilində Ukraynaya Zaporojye və Xerson vilayətlərindəki bəzi kiçik əraziləri geri qaytarmağı təklif edib. Bu da bir növ guya Putinin öz mövqeyində güzəştə getməsi kimi təqdim olunur.

Lakin əksər analitiklər Donetskin qalan hissəsinin Rusiyaya döyüşüsüz təhvil verilməsini mümkünsüz sayır və qeyd edirlər ki, bunu Putin də yaxşı bilir. Buna baxmayaraq, Rusiya başçısının müxtəlif “güzəştlər” təklif edərək, bunun müqabilində həmin ərazini istəməsi, bir tərəfdən Trampda guya danışıqlara və sülhə meylli olması barədə təsəvvür yaratmaq, vaxt qazanmaq, digər tərəfdən isə müharibədən yorulmuş Ukrayna cəmiyyətində qarşıdurma və hakimiyyətdən narazılıq yaratmağa hesablanıb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri