Icma.az
close
up
RU
Tramp Zelenskini hakimniyyətdən devirə bilər Ekspert

Tramp Zelenskini hakimniyyətdən devirə bilər Ekspert

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Zelenski Vaşinqtonun kapitulyasiya planını qəbul edə bilməz. Çünki bu, onun sonu olar".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ Ukrayna prezidentindən Donbasın təsliminə dərhal razılıq verməyi tələb etməsi fonunda Volodimir Zelenskinin atacağı addımın nədən ibarət olacağı barədə danışarkən deyib. 

Ekspertə görə, Zelenski Ukraynanın hansısa hissəsinin Rusiyaya verilməsinə razı olmaqla nəinki özünün, həmçinin böyük bir qüvvənin üzərindən xətt çəkmiş olardı:

"Ona görə də Zelenski belə bir səhvə yol verməyəcək. Dəfələrlə müxtəlif formalarda elan olunub ki, ən çətin və qeyri-məqbul məsələ məhz ərazi məsələsidir. Bu səbəbdən belə bir variantın qəbulu mümkün deyil. Çünki indiki mərhələdə Ukrayna faktiki olaraq ərazidən imtinanın əvəzində real heç nə qazanmır. Bəlkə böyük vədlər olsaydı, bunun müqabilində demək olardı ki, Kiyev ərazinin bir hissəsini verməklə digər hissəsini bütövlükdə xilas edir. Belə bir şərt də yoxdur".


Həmsöhbətimiz qeyd edib ki, ABŞ hər halda Trampın prosesin önündə durduğu müddətdə Kiyevə təzyiqlərini davam etdirəcək:

"Zelenskinin ABŞ-ın təklifinə "yox” deməsi isə Ukraynaya təzyiqlərin artmasına gətirib çıxaracaq. Eyni zamanda, Tramp adminstrasiyası bu fonda təzyiqin bir forması olaraq Ukraynaya dəstəyi tam dayandıra da bilər. Hətta Zelenskini nüfuzdan salmaq, hakimiyyətini laxlatmaq üçün onun özü də korrupsiya qalmaqalında ittiham oluna bilər. Bu variant da istisna edilməməlidir".

Bu təzyiq isə Arif Əliyevin fikrincə, təkcə Ukrayna ilə deyil, Vaşinqtonla Avropa arasında olan çatların da dərinləşməsinə səbəb ola bilər:

"Aparıcı Avropa ölkələri ABŞ-a müraciətdə açıq şəkildə bildirirlər ki, Aİ Vaşinqtonun düşməni deyil, burada düşmən rolunda Rusiya çıxış edir. Amma Trampın öz hədəfləri var. O, Amerikanın xeyrinə maksimal gəlir əldə etmək, ölkənin hegemonluğunu maksimal dərəcədə möhkəmlənidrmək və arada özü üçün xal qazanmaq üçün təzyiqlərini davam etdirəcək".

Qeyd edək ki, "Axios”un yazdığına görə, ABŞ Ukrayna prezidenti Volodimir Zelenskidən Donbasın təsliminə dərhal razılıq verməyi tələb edir. Bu fonda ABŞ Zelenskiyə təzyiq edir və ondan prezident Donald Trampın sülh planı çərçivəsində mümkün qədər tez ərazi və digər güzəştlərə razı olmağı tələb edir. Bildirilir ki, hazırda Ukrayna–ABŞ danışıqları iki əsas məsələyə fokuslanıb: Rusiyanın Ukraynadan bütün Donbası təslim etməyi tələb etməsi və Ukraynanın gələcək rus aqressiyasının qarşısını almaq üçün ABŞ-dan ciddi təhlükəsizlik zəmanətləri istəməsi. 

Qeyd edilir ki, Uitkoff və Kuşnerin Moskvada Putinlə görüşündən sonra onlar Zelenski ilə iki saatlıq telefon danışığında Ukrayna prezidentindən təklifə razılıq verməsinə nail olmağa çalışıblar. Həm ukraynalı, həm də amerikalı rəsmilər qeyd edirlər ki, müəyyən irəliləyişə baxmayaraq, ərazi məsələləri və ya təhlükəsizlik zəmanətləri üzrə heç bir irəli dönüş olmayıb. 

Ukrayna mənbəsinin sözlərinə görə, ABŞ təklifi əvvəlki versiyalarla müqayisədə daha sərt şərtlər ehtiva edir – məsələn, ərazi məsələləri və Zaporojye AES üzərində nəzarət üzrə. Eyni zamanda, təhlükəsizlik zəmanətləri ilə bağlı əsas suallar cavabsız qalıb. Ukraynalı rəsmilərin fikrincə isə, ABŞ Zelenskini avropalı liderlərdən uzaqlaşdırmağa çalışır ki, ona daha təsirli təzyiq göstərə bilsin. Belə ki, Ağ Evdə əksəriyyət hesab edir ki, Avropa razılaşmanın əldə edilməsinə ciddi maneədir. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri