Icma.az
close
up
RU
İrəvan Zəngəzura daha bir dostunu gətirir Təlimat verildi

İrəvan Zəngəzura daha bir dostunu gətirir Təlimat verildi

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ötən həftə Hindistana səfəri Pakistanla yaşanan qarşıdurmadan sonra xüsusi diqqət çəkdi.

Mirzoyan səfər çərçivəsində bu ölkənin milli təhlükəsizlik müşaviri Ajit Doval ilə bir araya gəldi. Məlumata görə, görüş zamanı müzakirələrin əsas mövzusu Zəngəzur dəhlizi olub. Bu, Ermənistan–Hindistan münasibətlərində strateji yaxınlaşmanın getdikcə dərinləşməsi, eyni zamanda Azərbaycan–Türkiyə–Pakistan üçlüyünün formalaşdırdığı geosiyasi xəttə qarşı yeni bir güc vektorunun çəkilməsi kimi dəyərləndirilir.

İrəvan Dehlini Zəngəzur dəhlizi məsələsinə daxil etməklə nəyə nail olmağa çalışır?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycanın Pakistan və Türkiyə ilə birgə fəaliyyəti, o cümlədən Laçında inşa olunan beynəlxalq hava limanında keçirilən tədbirlər dostluq və qardaşlıq mesajları verilməsi bəzi dövlətləri qəzəbləndirib:

“Hesab edirəm ki, belə reaksiyalar tamamilə əsassızdır. Çünki üç dövlətin hərbi-siyasi əməkdaşlığı heç kimə qarşı yönəlməyib. Əksinə, bu əməkdaşlıq bölgədə sabitlik və təhlükəsizlik üçün önəmli çərçivə yaradır. Lakin Hindistan, Ermənistan və hətta İran müxtəlif platformalarda bu üçlüyə qarşı zərbə vurmağa cəhd göstərirlər.

Hindistan belə bir fəaliyyəti təkbaşına həyata keçirmir, Fransanın təlimatı ilə addımlar atır. Paris İrəvana silah tədarükünü Dehli vasitəsilə təşkil edir. Paralel olaraq, Fransa Hindistan üzərindən Pakistan, Azərbaycan və Türkiyə ilə siyasi və hərbi rəqabət aparır. Bütün bunlar bölgədə sabitliyi pozmağa yönəlmiş ucuz və təsirsiz cəhdlərdir”.


İlyas Hüseynov

Politoloq bildirib ki, Hindistanın Baş naziri Narendra Modi və onun təmsil etdiyi hindu millətçi ideologiya regiona yad mövqe sərgiləyir:

“Belə bir təşəbbüs yalnız yeni gərginliklərə yol aça bilər. Sonuncu dəfə Hindistan və Pakistan arasında meydana gələn qarşıdurma qısa müddətdə səngidi. Lakin gələcəkdə Dehli bu cür siyasətə görə daha sərt reaksiyalarla qarşılaşacaq. Ümumiyyətlə, Hindistanın Cənubi Qafqaza real təsir imkanları məhduddur. Bu ölkə regionu kifayət qədər tanımır və Bakı–İslamabad–Ankara tandemi ilə uzunmüddətli rəqabət ona fayda deyil, daha çox zərər gətirəcək.”

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri