Tramp zərurət olmadığı təqdirdə, İrana ordu göndərməyəcək Vens
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin vitse-prezidenti JD Vens bildirib ki, Prezident Donald Tramp mütləq zərurət və aydın məqsəd olmadan orduya İrana qarşı hücum əmri verməyəcək.
Gununsesi.info xəbər verir ki, Vens Virciniyada jurnalistlərə açıqlamasında bildirib: “Nəticə İranın nə edəcəyindən asılıdır. Tramp mütləq zərurət olmadığı təqdirdə və aydın məqsəd olmadan İrana hücum etməyəcək. Hazırda danışıqlar yaxşı gedir”.
Vans danışıqların uğurunu təmin etmək üçün lazım olan hər şeyin ediləcəyini bildirib və əlavə edib ki, əgər İran nüvə proqramlarını yenidən qurmağa çalışsalar, yoxlamalara icazə verməsələr, bir neçə gündür dayandırdıqları kommersiya gəmilərinə yenidən atəş açmağa başlasalar, əlbəttə ki, prezidentin masasında hələ də bir çox variantları olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:216
Bu xəbər 01 İyul 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















