Icma.az
close
up
RU
Tramp yenidən İranı hədələdi: Zərurət yaranacağı təqdirdə…

Tramp yenidən İranı hədələdi: Zərurət yaranacağı təqdirdə…

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton zərurət yaranacağı təqdirdə İrana qarşı sərt tədbirlər görməyə, o cümlədən Tehranın nüvə obyektlərini məhv etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

“Hər şey çox sadədir. İranın nüvə silahı ola bilməz və ABŞ-la danışıqlara başlamaqda tələsməlidirlər. Çünki onlar artıq həmin silahı əldə etməyə çox yaxındırlar, amma bu baş verməyəcək. Əgər biz çox sərt addımlar atmalı olsaq, bunu edəcəyik”, – deyə Tramp bildirib.

Ondan bu tədbirlərin İranın nüvə obyektlərinə zərbələr endirilməsini də əhatə edib-etmədiyi soruşulub.

“Əlbəttə”, – deyə ABŞ Prezidenti cavab verib.

Xatırladaq ki, aprelin 12-də Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi məqsədilə Oman vasitəçiliyi ilə danışıqlar baş tutub. Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Araqçı, ABŞ-ı isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Bildirilir ki, Uitkoff və Araqçı danışıqların keçirildiyi məkanı tərk etməzdən əvvəl Oman XİN rəhbərinin iştirakı ilə qısa müddət ərzində şəxsi söhbət aparıblar. Danışıqların ikinci raundu 19 aprel tarixində keçiriləcək.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Aprel 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri