Icma.az
close
up
RU
Trampa sui qəsd cəhdi Məxfi Xidmət rəssamı öldürdü

Trampa sui qəsd cəhdi Məxfi Xidmət rəssamı öldürdü

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Prezidentinin Florida ştatındakı şəxsi Mar a Lago yaşayış və istirahət kompleksinin təhlükəsizlik zonasına daxil olmağa cəhd edən silahlı şəxsi ABŞ Məxfi Xidmət agentləri və polis müavini tərəfindən güllələnərək öldürülüb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında, baş verib. Tramp həmin vaxt Ağ Evdə olub.
Hadisə zamanı şəxs təhlükəsizlik əraziyə qeyri qanuni şəkildə daxil olmağa çalışıb. Şübhəlinin əlində tüfəng və yanacaq qabı olub. Məxfi Xidmət əməkdaşları və polis rəsmisi şübhəliyə silahı yerə qoymağı əmr edib. Lakin o, yanacaq qabını yerə qoyduqdan sonra tüfəngi atəş vəziyyətinə gətirib. Bundan sonra agentlər atəş açmağa məcbur. Şübhəli aldığı güllə yaraları nəticəsində hadisə yerində ölüb. Heç bir federal agent və ya hüquq mühafizə əməkdaşı yaralanmayıb.
Rəsmi açıqlamalara görə, hadisənin motivi hələ müəyyənləşdirilməyib. Federal Təhlükəsizlik Xidməti (FTB), Məxfi Xidmət və “Palm Beach” Polis İdarəsi geniş təhqiqata başlayıb. Yaxınlıqda olan sakinlərin təhlükəsizlik kameralarının görüntüləri araşdırılır.


Polis araşdırmalarına görə, öldürülən 21 yaşlı Ostin Taker Martin Şimali Karolinadan sakini idi. Martin bir neçə gün əvvəl ailəsi tərəfindən itkin şəxs kimi axtarışa verilib.
ABŞ KİV lərin verdiyi məlumata görə, Ostin Martin rəssam imiş. O, Şimali Karolina ətrafındakı qolf meydançalarının səhnələrini təsvir edən xüsusi tərzdəki qara ağ rəsmlərlə məşhur idi. Onun işləri bəzən sosial şəbəkələrdə paylaşılsa da, bu günə kimi geniş ictimai tanınma əldə etməmişdi. Bu xüsusiyyət, onun motivinin və davranış formasının araşdırma predmetinə çevrilməsinə səbəb olub.
Hadisə Donald Trampa qarşı siyasətçi və ictimai xadimlərə qarşı siyasi motivli zorakılıq təhlükəsinin gündəmdə olduğu bir dövrdə baş verir. Prezident 2024 cü il kampaniyası zamanı iki dəfə sui qəsd təhlükəsi ilə üzləşmişdi və bu, ABŞ daxilində siyasi zorakılıq narahatlıqlarını artırmışdı.
Rəsmi nümayəndələr Məxfi Xidmətin sürətli və peşəkar reaksiyasını tərifləyiblər və təhlükəsizliyin qorunması üçün agentlərin hərəkətlərini müdafiə ediblər. Hadisənin motiv hələlik açıqlanmayıb.
Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Fevral 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri