Icma.az
close
up
RU
Trampa sui qəsd edən Raut özünü öldürmək istəyib

Trampa sui qəsd edən Raut özünü öldürmək istəyib

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az “Associated Press (AP)” agentliyinə istinadən xəbər verir ki, andlılar məhkəməsinin üzvləri Rayan Rautu bütün ittiham maddələri üzrə təqsirkar biliblər.
“Hökm oxunduqdan sonra Raut qələmlə öz boynuna zərbə endirməyə cəhd göstərib. Bundan sonra o, məhkəmə zalından çıxarılıb”, - agentlik yazır.
Onun qızı Sara Raut bu zaman “Ata, mən səni sevirəm, heç nə etmə. Mən səni çıxaracağam” ifadəsini qışqırıb. Maraqlıdır ki, Sara atasına qarşı işin uydurma olduğunu israr edir.
Rayan Raut isə daha əvvəl vəkillərdən imtina edib və məhkəmədə müdafiəsini özü aparıb.
O, prezidentliyə namizədi öldürməyə cəhddə, zorakı cinayət törətmək məqsədilə odlu silah saxlamaqda, federal məmura hücum etməkdə, məhkum olunmuş şəxs ikən odlu silah və döyüş sursatı saxlamaqda və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaqda təqsirli bilinib.
Trampın qolf meydançası niyə tam mühafizə olunmayıb? Rayan özünü təqsirli bilməyib və atəş açmağa vaxtı olmadığını israr edib. İndi onu ömürlük həbs cəzası gözləyir.
ABŞ Məxfi Xidmətinin əməkdaşı daha əvvəl məhkəmədə verdiyi ifadədə Rayan Rautu Tramp hadisə yerinə gəlməmişdən əvvəl gördüyünü deyib. Raut tüfəngini bu əməkdaşa çevirəndə o, sui-qəsdçiyə atəş açaraq, Rayanı silahını yerə atmağa və atəş açmadan qaçmağa məcbur edib.
Bu sui-qəsd cəhdi 2024-cü il sentyabrın 15-də prezidentlik kampaniyası zamanı baş verib. Atəş açılanda sui-qəsdçidən yüz metr aralıda dayanan Tdonald Tramp Florida ştatının Vest Palm Biç şəhərindəki meydançada qolf oynayırdı.
Xatırladaq ki, bu hadisədən 2 ay əvvəl onun həyatına artıq qəsd olmuşdu: 20 yaşlı Tomas Metyu Kruks Pensilvaniya ştatında mitinq zamanı Trampı güllələyərək qulağından yaralayıb. Həmin vaxt Kruks təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri