Icma.az
close
up
RU
Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Trampdan açıqlama: Netanyahu Ağ Evdən “əliboş” qayıtdı

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona rəsmi səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.
Bizim.Media xəbər verir ki, təxminən 2,5–3 saat davam edən danışıqlardan sonra Tramp sosial şəbəkə hesabında açıqlama yayıb.
Tramp bildirib ki, görüş “çox yaxşı keçib” və iki ölkə arasında münasibətlər güclü olaraq qalır. Lakin o, qeyd edib ki, İranla aparılan danışıqların davam etdirilməsi məsələsində israr etməsi istisna olmaqla, konkret nəticə əldə olunmayıb.
Onun sözlərinə görə, ABŞ İranla mümkün razılaşmanın əldə olunmasını üstün tutur:
“Əgər razılıq əldə olunarsa, bu yaxşı olar. Əgər əldə olunmasa, nəticəsinin nə olacağını görəcəyik.”
Tramp həmçinin ötən il İranla İsrail arasında 12 gün davam edən qarşıdurmanı xatırladaraq, İranın əvvəlki razılaşmadan imtina etdikdən sonra hərbi əməliyyatla üzləşdiyini vurğulayıb və bu dəfə daha “məsuliyyətli davranacaqlarına” ümid etdiyini deyib.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Təl-Əviv rəhbərliyi ABŞ ilə İran arasında razılaşma əldə olunacağına çox da inanmır. İsrail hesab edir ki, İran danışıqlarda vaxt udmağa çalışır.
Netanyahu görüş zamanı İsrailin təhlükəsizlik tələblərini önə çəkib və mümkün razılaşmanın İranın nüvə silahına sahib olmasını tam və daimi şəkildə əngəlləməli olduğunu vurğulayıb. İsrail həmçinin istəyir ki, razılaşmaya İranın ballistik raket proqramı və bölgədəki hərbi təsiri də daxil edilsin.
Tramp açıqlamasında Qəzzada atəşkəs və bölgədəki vəziyyəti də müzakirə etdiklərini bildirib və Yaxın Şərqdə “real mənada sülhün” mümkün olduğunu deyib.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməməsi və Netanyahunun Ağ Evdən dərhal ayrılması diqqət çəkib.
Xatırladaq ki, İranla ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda dayandırılmışdı. 6 fevral 2026-cı ildə Maskatda (Oman) danışıqlar yenidən bərpa olunub. İran tərəfi görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Ümumilikdə, görüş göstərir ki, Vaşinqton İranla diplomatik xətti qorumağa çalışır, Təl-Əviv isə daha sərt və genişmiqyaslı razılaşma istəyir. Hələlik konkret qərar və ya yekun razılaşma elan edilməyib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri