Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Trampdan ağlasığmaz addım: III Dünya müharibəsinin “müəllifi” olacaq?

Trampdan ağlasığmaz addım: III Dünya müharibəsinin “müəllifi” olacaq?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Moskva və Kiyev arasında imzalanmış geniş sülh sazişi çərçivəsində Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.

“Cebheinfo.az”-ın məlumatına görə, “Bloomberg” nəşri belə yazır. Qeyd edilir ki, bu qərar Prezident Donald Trampın atəşkəs razılaşmasını möhkəmləndirməyə çalışdığına dair son siqnaldır.Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Ağ Evin rəhbərinin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olmasını əbədi gözləməyəcəyini bildirmişdi. Tramp həmçinin, Ukraynadakı vəziyyətin nizamlanmaya doğru getdiyi fikrini bildirmişdi.

Göründüyü kimi, ABŞ Prezidenti Rusiyanı uzunmüddətli atşkəs razılaşmasına və sülhə məcbur etmək üçün Kremlə güzəştli təkliflər edir. Çünki Donald Trampın Prezident kimi faliyyətə başlamasından üç ay vaxt ötsə də o, hələ Ukraynada münaqişəni dayandıra bilməyib. Hətta müharibənin ötən 90 gün ərzində əvvəlki şiddəti ilə davam etməsi ABŞ Prezidentinin sülh təşəbbüsünün iflasa uğradığına dair qənaəti möhkəmlədib.

Ona görə də “Bloomberg”in məlumatı Trampın münaqişə tərəflərini kompromisə getmək üçün müxtəlif variantlara əl atması kimi başa düşülə bilər. Daha dəqiq desək, ABŞ Prezidenti Krımı Rusiya ərazisi kimi tanımağ hazır olduğunu bildirməklə həmkarı Vladimir Putinə siyasi “bazarlıq” təklif edir.
Bu, həm də Ukraynaya atəşi dayandırmaq üçün təzyiq vasitəsidir. Ukrayna ilə mineral ehtiyatlardan istifadəyə dair niyyət protokolunu imzalayan ABŞ-yə kommersiya fəaliyyətini təmin etmək üçün indi bölgədə sabitlik lazımdır. Tramp böyük ehtimalla, Krımı Rusiyaya “pay” verməklə işğalçı tərəfin hücumları dayandırmasına nail olmaq istəyir.

Lakin Trampın belə bir addımı Rusiya və Ukrayna arasında eskalasiyanın daha da artmasına səbəb ola bilər. Çünki Tramp belə bir addım atsa, bu, dünya dövlətləri tərəfindən müsbət qarşılanmayacaq. İlk növbədə, postsovet ölkələri bunu özlərinin təhlükəsiliyi və və ərazi bütövlüyünə qarşı təhdid hesab edəcəklər.

Çünki Rusiyanın qonşu postsovet ölkələrinə qarşı ərazi iddiası var. Ona göə də həmin ölkələr Ukraynanən ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyəcək və bu mənfi presedentin qarşısını almaq üçün ABŞ-nin qərarını tanımayacaq. Eyni mövqedən Rusiya təhlükəsi ilə üzləşən Avropa İttifaqının, ərazisində Tayvan problemi olan Çinin də dəstəkləməyəcəyi aydındır. Pakistan və Hindistan da ABŞ-nin bir gün bu bölgəni hansı dövlətin ərazisi kimi tanıyacağını bilmir. 

2018-ci ildə Colan təpəliklərini İsrail ərazisi  kimi tanıyan Tramp indi analoji addımı Fəsəltinlə bağlı ata bilər. Yəni Trampın Krımı Rusiyaya bağışlamaq planı beynəlxalq aləmdə siyasi xaosa səbəb ola biləcəyindən birmənalı qarşılanmayacaq. Ona görə də Tramp atəşkəsə nail olmaq əvəzinə Rusiya və Ukrayna arasında müharibəni körükləmiş olar. İkincisi, ABŞ-nin Ukraynanın suveren ərazisini Rusiyanın torpağı kimi tanıması başqa dövlətin daxili işlərinə müdaxilədir. 

Ukrayna Konstitusiyasının 73.2-ci maddəsinə görə, ölkə ərazisinin dəyişdirilməsi məstəsna olaraq ümumxalq referendumu ilə müəyyən edilə bilər. Konstitusiyanın 157-ci maddəsinə görə, əgər referendum ölkə ərazinin dəyişdirilməsi məqsədi daşıyırsa, bu halda həmin məsələ heç bir halda ümumxalq səsverməsinə çıxarıla bilməz. Bu isə o deməkdir ki, Krımın Rusiyaya verilməsi ilə bağlı heç bir halda referendum keçirilə bilməz və bu məsələ müzakirə predmeti deyil. Eyni zamanda, Rusiya və Ukrayna arasında 2003-cü il yanvarın 28-də imzalanmış “Dövlət Sərhədləri Haqqında” müqaviləyə görə, rəsmi Moskva Krım yarımadasını Ukrayna ərazisi kimi tanıyıb. Hətta bu müqavilə iki ölkənin parlamentləri tərəfindən təsdiqlənərək qanunvericilik statusu alıb.

2010-cu ildə Rusiya və Ukrayna arasında sərhədlərin demarkasiyasına dair fərmanlarda da bu, öz əksini tapıb. Yəni Rusiya Krım yarımadasını de-yure Ukrayna ərazisi kimi tanıyıb. Kreml Krımın Rusiyanın tarixi torpağı olduğunu iddia edir. Münaqişə tarixi torpaqlar kontekstində həll olunarsa, o zaman Krım yarımadası Rusiyaya deyil, Türkiyəyə qaytarılmalıdır. Yaxud Rusiya Krımın əvəzində Belqorod, Krosnadar və Kuban vilayətlərini Ukraynaya qaytarmalıdır. Ona görə də Trampın Krımı Ukrayna ərazisi kimi tanımaq qərarı elan edilməmiş atəşkəsin elə ABŞ Prezidenti tərəfindən pozulmasına gətirib çıxara bilər. Bu isə Tramp adminstrasiyasınn vasitəçilik missiyasına zərbə vurmuş olar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Tramp müharibə Rusiya Krım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri