Trampdan böyük vəd: Digər ölkələrin bunu etməsini istəmirik
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kriptovalyutalarla bağlı möhtəşəm plan hazırlandığını ifadə edərək, Birləşmiş Ştatların bu sahədə lider olmaq istədiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp “CNBC”yə verdiyi müsahibədə kriptovalyutalarla bağlı siyasətləri ilə əlaqədar qiymətləndirmələr edib.
Qeyd edək ki, Tramp bununla bağlı amerikalı investorlara müraciət edib:
“Kripto ilə əla bir şey edəcəyik, çünki biz təkcə Çinin deyil, digər ölkələrin də bunu etməsini istəmirik. ABŞ süni intellektdə çox irəlidə olacaq. Bu sahədəki ehtiyacları ödəmək üçün böyük həcmdə elektrik enerjisi istehsal etməliyik. Çox yaxşı günlər görəcəyimizi düşünürəm”.
Trampın açıqlamalarından sonra "Bitcoin" kriptovalyutasının qiyməti artıb. “Coinmarketcap” analiz şirkətinin məlumatlarına görə, "Bitcoin"in qiyməti son 24 saatda təxminən 1 faiz artaraq 102 min dolları keçib.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















