Icma.az
close
up
RU
Trampdan Çinə yeni TikTok təklifi

Trampdan Çinə yeni TikTok təklifi

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Çin mənşəli TikTok sosial media platformasının ABŞ-lı bir şirkətə satılması üçün yeni təklif irəli sürüb. O, Pekin rəhbərliyinin bu satışa razılıq verməsi halında Çin üçün tarif endirimləri tətbiq edə biləcəyini bildirib.
 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən TikTok-un ABŞ-lı bir şirkət tərəfindən satın alınmasına dair razılıq əldə olunmazsa, tətbiqə qoyulan vaxt məhdudiyyətini uzada biləcəyini qeyd edib. “TikTok-u almağın bir çox yolu var. Biz öz ölkəmiz üçün ən yaxşı yolu seçəcəyik” – deyə o bildirib.
 

Prezident həmçinin qeyd edib ki, Çinin bu satışa razılıq verməsi lazım ola bilər və bunun üçün müəyyən güzəştlər edilə bilər. “Düşünürəm ki, onlar razılaşacaqlar. Onları razı salmaq üçün tariflərdə kiçik endirimlər edə bilərəm və ya başqa bir addım ata bilərəm” – deyə o vurğulayıb.
 

Tramp tariflərin TikTok-dan daha dəyərli olduğunu və bu məsələdə müəyyən güzəştlərin mümkün olduğunu qeyd edib. O, prezidentlik dönəminin ilk günündə TikTok-un bir ABŞ şirkətinə satılmaması halında ölkədə tamamilə qadağan olunmasını nəzərdə tutan qərarı 75 gün müddətinə təxirə salmışdı.
 

ABŞ Prezidenti TikTok-un tamamilə qadağan olunmasının tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün platformanın 50%-nin ABŞ-lı bir şirkətə satılmalı olduğunu vurğulayıb. “TikTok barədə ya satmaq, ya da bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Çinin də təsdiqi lazımdır, amma əminəm ki, onlar da razılaşacaqlar. Əgər razılaşmazlarsa, Çin üçün tariflər tətbiq edəcəyik” – deyə Tramp bildirib.
 

Digər tərəfdən, Tramp administrasiyası məşhur sosial şəbəkə platformasının bağlanmasının qarşısını almaq üçün qərarın əsas səbəbi olan məlumat təhlükəsizliyi problemlərinə həll tapmalıdır.


Xatırladaq ki, TikTok-un çətir şirkəti ByteDance Çində qeydiyyatdan keçmiş bir şirkətdir və Çin qanunlarına görə istifadəçi məlumatlarını hökumətlə paylaşmaq öhdəliyi var.


Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri