Trampdan İran rəhbərliyi ilə bağlı sərt açıqlama: Onların hamısı “ağıldan kəmdir” VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO Zirvəsində İran rəhbərliyinə qarşı növbəti sərt ifadələr işlədib. O, Tehranla diplomatik danışıqların mümkünsüzlüyünə eyham vuraraq, İranın ali rəhbərliyini "ku-ku" (Ağıldan kəm -red.) adlandırıb.
Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında İranla bağlı diplomatik proseslərin çıxılmaz vəziyyətə düşdüyünü vurğulayıb:
"İnanılmaz" vəziyyət: "Biz bir sövdələşmə bağlayırıq. Hamı razılaşır: nüvə silahı olmayacaq. Sonra onlar mətbuatın qarşısına çıxıb deyirlər ki, biz bu barədə heç danışmamışıq. Onlarla bağlı aydın şəkildə nəsə yolunda getmir. Hamısı "ku-ku"dur (Ağıldan kəm)"
Trampın bu ifadəsi, İranla nüvə proqramı ətrafında aparılan və uğursuzluqla nəticələnən danışıqlar prosesinə olan qəzəbini bir daha nümayiş etdirir.
Qeyd edək ki, ABŞ Prezidenti son günlər İranı "ya sövdələşməyə getməyə, ya da "işi bitirməyə" (hərbi əməliyyatların davam etdirilməsinə) çağıraraq, gərginliyi daha da artırıb.
Xatırladaq ki, Ankaradakı NATO Zirvəsində Trampın "atəşkəsin bitdiyini" elan etməsi fonunda dünya bazarında "Brent" markalı neftin qiyməti də kəskin artaraq 78 dollara çatıb. İttifaq daxilindəki digər müttəfiqləri ilə də münasibətləri gərginləşən Tramp İranla münaqişədə ona yetərincə dəstək verməyən bəzi Avropa liderlərini də kəskin tənqid edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 İyul 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















