Trampdan İrana ayrılan vəsaitlə bağlı AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyalar çərçivəsində dondurulmuş vəsaitlərin bir hissəsinin sərbəst buraxılması məsələsinə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Tramp sözügedən maliyyə vəsaitlərinin birbaşa İran hökumətinin sərəncamına verilmədiyini qeyd edib.
Məlumata görə, ABŞ Prezidenti bu vəsaitlərin xüsusi “escrow” (şərti saxlama) hesablarında saxlanıldığını vurğulayıb.
Bildirilib ki, həmin mexanizmə əsasən, pulların istifadəsi yalnız əvvəlcədən müəyyən edilmiş məqsədlərlə məhdudlaşdırılır.
Qeyd olunub ki, Trampın sözlərinə görə, sərbəst buraxılan vəsaitlər yalnız ABŞ istehsalı olan ərzaq məhsullarının və tibbi ləvazimatların alınmasına yönəldilə bilər.
Məlumata görə, ABŞ administrasiyası bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət mexanizmlərinin tətbiq olunacağını da vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 İyun 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















