Trampdan İsrailə sərt xəbərdarlıq: Dəstəyimizi itirə bilərsiniz!
Bakupost saytına istinadən Icma.az xəbər verir.
İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyik. Əgər belə edərsə, ABŞ-nin dəstəyini itirəcəklər.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində bildirib.
“Bu, ərəb ölkələrinə söz verdiyim üçün baş verməyəcək... Belə getsə, İsrail ABŞ-nin bütün dəstəyini itirəcək”, - Tramp bildirib.
İsrail parlamentariləri çərşənbə günü işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək üçün iki qanun layihəsinin irəli sürülməsinə səs veriblər. Cümə axşamı günü İsrailin xarici işlər naziri Gideon Saar deyib ki, hökumət Trampın Qəzza ilə bağlı çoxfazalı planının uğurunu təmin etmək üçün ilhaq səsverməsini təxirə salmaq qərarına gəlib.
Benyamin Netanyahu hökumətinin hakimiyyətə gəldiyi 2022-ci ildən bəri qəsəbə tikintisi sürətlə genişlənib.

AK Prezidenti: İsrailə ikitərəfli dəstəyimizi dayandıracağıq
10 Sentyabr 2025 12:39
Trampdan İsrailə dəstək
21 Mart 2025 00:56
Trampdan İsrailə xəbərdarlıq: Bəsdir, durmağın vaxtıdır
26 Sentyabr 2025 10:57
Trampdan xəbərdarlıq: ABŞ İsrailə bunu etməyə icazə verməyəcək
23 Oktyabr 2025 16:47
Trampdan Netanyahuya: ABŞ İsrailə mane olmayacaq
14 İyun 2025 14:34

