Icma.az
close
up
RU
Trampdan Kiyevə “soyuq duş effekti”: Yardımlar niyə dayandırıldı?

Trampdan Kiyevə “soyuq duş effekti”: Yardımlar niyə dayandırıldı?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Prezident Donald Tramp öz vəzifəsinin icrasına başlayandan sonra ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması haqqında fərman imzalayıb. Yardımın yeni administrasiyanın siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılacaq.

Qeyd edək ki, Ukraynaya dəstək kimi xüsusi hallar istisna olmaqla, ABŞ-nin xarici yardımı ümumiyyətlə büdcənin 1%-dən çox olmayıb. Dövlət Departamentindən yanvarın 9-da bildirilib ki, müharibənin başlanğıcından Kiyevə hərbi yardım üçün təxminən 66 milyard dollar, 2014-cü ildən isə təxminən 70 milyard dollar ayrılıb.

Bəs görəsən, Trampın bu qərarın kökündə hansı siyasi məqsədlər dayanır?

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Trampın yardım proqramlarını dayandırmasının başlıca səbəbi bir sıra beynəlxalq təşkilatların fəaliyyətindən narazı olması ilə bağlıdır.

Onun sözlərinə görə, beynəxalq təşkilatlara yardımın verilib-verilməməsi araşdırmalardan sonra məlum olacaq:

"Trampın bu qərarının bir neçə səbəbləri var. Birincisi, Trampın bir sıra beynəlxalq təşkilatlarla bağlı ziddiyyətli mövqeyinin olmasıdır. Məsələn, Tramp dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətini sərt şəkildə tənqid edib və Çinin əlaltısı olduğunu bildirib. O, eyni zamanda ÜST-ün bəzi diktator ölkələrdən pul alaraq onlara medal verdiyini vurğulayıb. Bundan başqa, ÜST-ü COVİD pandemiyasını düzgün şəkildə idarə etməməsi fonunda bir çox ölkələrin iqtisadiyyatının zərərə uğramasında və insanların sağlamlığının təhlükə altında qalmasında ittiham edib. İkincisi, Tramp Paris İqlim Sazişinin ABŞ iqtisadiyyatına zərər vurduğunu açıqlayıb. Onun sözlərinə görə, saziş çərçivəsində ABŞ çox böyük iş yerlərini itirib, Çin və Hindistan kimi ölkələr bu boşluqdan istifadə edərək öz iqtisadiyyatlarını daha da inkişaf etdiriblər”.

Müsahibimiz deyib ki, bundan başqa, Tramp BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), BMT İnsan Hüquqları Şurası, UNESCO və bir sıra beynəlxalq təşkilatları İsrail-Fələstin münaqişəsində Fələstinə qarşı mövqedə olmaqda tənqid edib. Nəticə etibarilə Tramp bütün yardım proqramlarını dayandırmaq barədə qərar verib.

Turab Rzayev, politoloq

Rzayevin fikrincə, Trampın qərarına səbəb olan amillərdən biri Ukrayna ilə bağlıdır.

"İndiyə kimi ABŞ tərəfindən verilən yardımlar daha çox kiçikhəcmli olurdu. Artıq Ukraynaya çoxhəcmli yardımlar ayrılır. Çox güman ki, yardımın dayandırılması Rusiya-Ukrayna münaqişəsində Kiyevə soyuq duş effekti yaratmaq istəyindən irəli gəlir. Çünki Tramp bu münaqişədə razılaşmanın əldə olunmasını istəyir, lakin tərəflərin istəkli olmadığını görür. İndiki halda Rusiyanı təhdid etməklə və Ukraynaya yardımları dayandırmaqla, təzyiq elementləri tətbiq olunur", - deyə müsahibimiz qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri