Icma.az
close
up
RU
Trampdan Putinə ŞOK hədə Ermənistan üçün də “qaynar yay” gəlir

Trampdan Putinə ŞOK hədə Ermənistan üçün də “qaynar yay” gəlir

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı və ədalətsiz müharibəyə dünyanın əksər dövlətlərinin münasibəti məlum. Şimali Koreyadakı adamyeyən rejim xaric, aşağı-yuxarı, hamı beynəlxalq hüququn yanındadır.

Misal üçün, əgər Türkiyə, Azərbaycan, digər 13 postsovet ölkəsi, Qərb dövlətləri bunu ən yüksək səviyyədə, açıq bəyan edirsə, az sayda ölkələr susqunluq göstərir. Ancaq heç bir dövlət, BMT və ya ATƏT üzvü təcavüzə bəraət qazandırmır. Kreml Ukraynada bütün hədəflərinə çatsa belə, hazırkı münasibət ciddi dəyişikliyə uğramayacaq. Moskva “Pirr qələbəsi”nin ağır bədəlini ödəməli olacaq...

Dünyanın belə neqativ reaksiyası anlaşılandır. Özünə rəva bilmədiyini gərək başqasına da görməyəsən. Bu xüsusda ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bricit Brinkin addımı diqqətçəkicidir. Diplomat Trampın Ukrayna və Rusiya ilə bağlı siyasətinə etiraz olaraq vəzifəsindən getdiyini açıqlayıb.

30 ilə yaxın diplomatik karyerası ərzində ABŞ-ın beş fərqli prezidentinə – həm demokrat, həm də respublikaçı liderlərə xidmət etmiş Brink məqaləsində bildirib ki, Tramp administrasiyası dövründə tətbiq olunan xarici siyasət onun prinsip və dəyərləri ilə üst-üstə düşməyib. “Bu siyasət təəssüf ki, ilk gündən işğalçıya deyil, qurbana – Ukraynaya təzyiq göstərməkdən ibarət idi. Ona görə də daha bu sistemin parçası olmaq istəmədim,” – sabiq səfir vurğulayıb.

Maraqlıdır deyilmi? Eyni zamanda, normal və sağlam məntiqə uyğun mövqedir. Amma və lakin...

Əvvəla, bənzər diplomatik gedişi biz nədənsə 30 illik erməni işğalı dövründə Azərbaycanın xeyrinə hansısa amerikalı diplomatdan, məsələn, Ermənistandakı və ya Bakıdakı ABŞ səfirlərindən görmədik. Əksinə, Konqres təcavüzkar Ermənistanı qoyub (1992) Azərbaycana - işğal qurbanına sanksiya tətbiq eləmişdi. “Azadlığı Müdafiə Aktı”na edilən bədnam “907-ci düzəliş”i nəzərdə tuturuq.

“İkili standart” siyasəti? Yüz faiz. Xristian amili? Əlbəttə. Türk-müsəlman faktoru? Şəksiz.

Fəqət, Azərbaycan hər hansı təhdidə məhəl qoymadan və Putinlə imzalanmış Moskva Bəyannaməsinə (22.02.2022) rəğmən, Ukraynanın yanında yer alır. Tək səbəbə: ona görə ki, ukraynalılar haqlı tərəfdir, zülmə-zorakılığa, işğala məruz qalanlardır. Bunun nə demək olduğunu bizdən yaxşı kim bilə bilər ki?..

Deyəsən, Ukrayna gerçəyini Tramp da yavaş-yavaş anlamağa başlayıb. Ağ Ev başçısının Putin haqda paylaşdığı son status bunun bariz sübutu sayıla bilər. Kiyevə bir neçə uşağın da ölümü ilə nəticələnən axırıncı hava hücumunu sərt şəkildə qınayan Tramp Kreml rəhbərinin “dəli olduğunu” söyləməkdən belə çəkinməyib.

“Mənim Putinlə yaxşı münasibətim var, amma ona nəsə olub. Ukraynanın şəhərlərinə heç bir səbəb olmadan raketlər və PUA-lar buraxılır. Mən həmişə demişəm ki, o, təkcə bir hissəsini deyil, bütün Ukraynanı almaq istəyir və ola bilsin bu, həqiqətdir. Amma bacararsa, bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq”, - Tramp “Truth social” səhifəsində yazıb.

Bu, onun Rusiya və Putun haqda indiyə qədər dilə gətirdiyi ən ağır sözlərdir. Həm də Rusiyaya aşkar hədə və xəbərdarlıqdır. Ukraynadakı müharibənin Kremlin istədiyi ssenari ilə bitməsinə ABŞ-ın əngəl olacağı barədə ilk açıq siqnaldır.

Qalır nəhayət, sözdən əmələ keçmək. Yəni Ukraynaya hərbi, kəşfiyyat və digər köməkliyi genişləndirmək. Axı masaya təkcə Ukraynanın taleyi yox, həm də Amerikanın qlobal imici, avtoriteti qoyulub – Ağ Evdə kimin oturmasından asılı olmayaraq. Yeri gəlmişkən, Putin Rusiyasının bir hədəfi də Ukraynada ABŞ-ın beynəlxalq imicini darmadağın eləmək, sındırmaq, onu dünyanın 1 nömrəli dövləti kimi aşağılamaq və mənən əzməkdır.

Bu mənada qarşıdakı yayın bütün mənalarda qaynar keçəcəyi və həlledici olacağı gözlənilir. Elə Moskvaya təzədən təhlükəli reveranslar eləməyə başlamış Ermənistan üçün də. “Sülh göyərçini” obrazında mənasız poz vermək zamanı bitib. Bakı və Ankaranın barışıq əli sonsuzadək havada qalmayacaq. Günün birində o ƏL növbəti “DƏMİR YUMRUĞA” çevrilə və Tramp da, Putin də köməyə çatmaya bilər...

Z.SƏFƏROĞLU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri